PRAKTİKA:
Nümunə 3. Ekranda 3 ulduz simvolundan ibarət sətir çəkən proqram aşağıdakı kimi olar.
xaricet( "***" );
Nəticə:
***
Nümunə 4. Ekranda alt-alta 3 ulduz simvolundan ibarət iki sətir çap edən proqram kodu aşağıdakı kimi olar.
xaricet( "***", "\y", "***" );
Nəticə:
***
***
Nümunə 5. Ekranda 3 ulduz simvolundan ibarət kvadrat çəkən kodu aşağıdakı kimi olar.
xaricet( "***", "\y", "***", "\y", "***");
Nəticə:
***
***
***
Nümunə 6. Əgər ulduz simvollarının arasına məsafə simvolu yazsaq fiqurumuz daha çox kvadrata oxşayar, aşağıdakı kimi.
xaricet( "* * *", "\y", "* * *", "\y", "* * *");
* * *
* * *
* * *
Nəticə:
Nümunə 7. Ulduz simvollarında ibarət tərəfinin uzunluğu 3 olan üçbucaq çəkən proqram kodu aşağıdakı kimi olar.
*
* *
* * *
xaricet( "*", "\y", "* *", "\y", "* * *");
Nəticə:
Simvollar: Təkdırnaq arasında verilən yazı simvol kimi qəbul olunur. Misal
'A', 'B', 't', '+', '@', '}', '#', '5'
Sətirlərdə olduğu kimi simvolları da çap edərkən onları mötərizənin içinə yazmalıyıq, aşağıdakı kimi:
Bu kod icra olunsa ekranda @ simvolu çap olunar.Əgər təkdırnaq arasında bir neçə simvol yazsaq(xüsusi simvollardan başqa) onda kompilyator birincidən başqa yerdə qalan simvolları siləcək və təkdırnaq arasında birdən artıq simvol xəbərdarlıq ismarıcı verəcək.
Xüsusi simvollar.
Əsrin dilində iki simvolun birləşməsindən alınan bəzi xüsusi simvollar təyin olunub, bunlar aşağıdakılardır:
\y' – yeni sətir simvoluə
\t' – tabulyasiya simvolu
\ '' – təkdırnaq simvolu ' \"' – cütdırnaq simvolu
Cəbri ifadələr: İndiyə kimi xaricet əmri ilə biz ancaq və simvollar çap elədik. İndi isə xaricet əmri ilə cəbri ifadələrin qiymətlərini çap edəcəyik, daha sonra cəbri ifadələrlə sətirləri birlikdə çap edəcəyik.
xaricet əmri cəbri ifadələrin qiymətlərini hesablayıb nəticəni çap etməyə imkan verir. Misal üçün xaricet(5+6); yazsaq xaricet 5 ilə 6-nın cəmini hesablayıb ekranda çap edər, aşağıdakı kimi:
xaricet( " 5 + 6 ");
xaricet( 5 + 6 );
Bu proqramı icra eləsək ekranda 11 ədədi çap olunar:Gördüyümüz kimi yuxarıdakı xaricet əmrinda biz cəbri ifadəni ( 5 + 6) cütdırnaq işarəsi arasında yazmadıq. Kompilyator sətri cəbri ifadədən ayıra bilir və əgər biz hər-hansı ifadəni cütdırnaq arasına almırıqsa onda kompilyator onu sətir kimi qəbul eləmir və onun hər bir elementini ayrı-ayrılıqda tanımağa çalışır. Bu dəyişən ola bilər, cərgə ola bilər, hesab əməli ola bilər (toplama, çıxma, ...), tam və ya kəsr ədəd ola bilər v.s.Yox əgər biz hər-hansı bir ifadəni cütdırnaq arasında versək , onda kompilyatorcütdırnaq arasında yazdığımızı adi sətir kimi qəbul eliyir. Misal üçün əgər yuxarıdakı kodda 5+6 –nı cütdırnaq işarəsi arasında yazsaydıq, onda kompilyator 5 + 6 –nı cəbri ifadə kimi yox, sətir kimi qəbul eliyərdi və nəticədə heç bir hesablama aparmadan ekrana cütdırnaq araslna nə cür yazılıbsa elə 5+6 sətrini çap edərdi, ağıdakı kimi:
Gördüyümüz kimi burada biz 5 + 6 –nı cütdırnaq "" arasına aldığımızdan kompilyator onu sətir kimi qəbul eliyir və hesablama aparmır, olduğu kimi ekrana verir:
5 + 6
Adətən ekrana çap olunan sətirlər proqramın icrası zamanı istifadəçiyə nəsə bildirmək üçün çap olunur. Buna görə cütdırnağın arasına yazılanların elə də prinsipial mənası olmur. Misal üçün " 5 + 6 " əvəzinə " 5 ilə 6 -in cemi " , " 5 ustegel 6= " , " 5 + 6 = " , " 5 + 6 beraberdir " , " 5 + 6 eliyir " v.s. kimi sətirlərdən istifadə edə bilərik. İstifadəçilər üçün bunların hamısı eyni məna bildirir, kompilyator isə ümumiyyətlə cütdırnaq arasına nə yazdığımıza əhəmiyyət vermir.Xüsusi simvollarda başqa, onlar ilə də birazdan tanış olacayıq.Biz xaricet opratoru ilə 5 + 6 kimi sadə cəbri ifadələr yox, çıxma, vurma, bölmə, mötərizələr v.s. –in də iştirakı ilə istənilən qədər mürəkkəb ifadələrin qiymətini hesablaya bilərik. Nümunələrə baxaq.
xaricet(
|
5 + 6*24 );
|
|
xaricet(
|
45*(23 - 7)
|
);
|
xaricet(
|
3 + 5 - (67
|
|
Dostları ilə paylaş: |