Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


MÖVZU 18 AZƏRBAYCAN DİLİNİN FUNKSİONAL ÜSLUBLARI



Yüklə 254,08 Kb.
səhifə39/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   ...   35   36   37   38   39   40   41   42   ...   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

MÖVZU 18
AZƏRBAYCAN DİLİNİN FUNKSİONAL ÜSLUBLARI:
BƏDİİ ÜSLUB

Üslub çoxmənalı bir məfhumdur: o həm incəsənətdə, həm ədəbiyyatşünaslıqda, həm də dilçilikdə istifadə edilir. Lakin bu sahələrin hər birində o, fərqli anlayışlar bildirir. Dilçilik elmində bu termin ünsiyyətin müxtəlif ictimai sahələrində işlənən ifadə vasitələri sistemini nəzərdə tutur.


Üslub ədəbi dilin ən əsas tarixi kateqoriyasıdır, o ədəbi dilin tarixi inkişafı, inkişaf tarixinin dövrləri və mərhələləri, ədəbi norma anlayışları ilə sıx bağlıdır.
Azərbaycan ədəbi dilinin üslubları özünəməxsus və mürəkkəb inkişaf yolu keçmişdir. Dilin funksional üslublarının ümumi cəhətləri olduğu kimi, onların hər birinin özünəməxsus cəhətləri də mövcuddur. Ədəbi dilin inkişafının bu və ya digər dövründə yaranan hər bir üslub xətti dilin milli xüsusiyyətləri əsasında qurulur.
Funksional üslubların yaranması və inkişafı Azərbaycan ədəbi dilinin təşəkkül tapıb formalaşması ilə birbaşa bağlıdır. Azərbaycan ədəbi dilinin tarixi, eləcə də ədəbi dilin funksional üslublarının yaranması və inkişafı XX əsrin 30-cu illərdən sonra tədqiqata cəlb edilmişdir. Azərbaycan ədəbi dili haqqında ilk tədqiqat Ə.Dəmirçizadəyə məxsusdur. 1938-ci ildə çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi xülasələri” adlı kitabda, eləcə də 1930-50-ci illər arasında yazılmış digər əsərlərdə Azərbaycan ədəbi dilinin tarixi “Dədə Qorqud”, Nəsimi, Füzuli, M,P.Vaqif kimi mühüm mənbələr əsasında öyrənilirdi. Ə.Dəmirçizadənin adı çəkilən əsərində Azərbaycan ədəbi dilinin inkişaf tarixi bir qədər ümumi şəkildə izah olunmuşdur. Müəllif bu tarixi belə dövrləşdirir:

  1. XII-XIV əsrlərdə formalaşan Azərbaycan ədəbi dili

  2. XV-XVII əsrlərdə Azərbaycan ədəbi dili

  3. XVII əsrdə Azərbaycan ədəbi dili

  4. XVIII əsrdə, xanlıqlar dövründə Azərbaycan ədəbi dili

  5. Azərbaycan ədəbi dili yeni dövrdə (XIX əsr)

  6. XIX əsrin sonu Azərbaycan ədəbi dili

Funksional üslublara gəlincə, elə ilk mərhələdə - XIII-XIV əsrlərdə Ə.Dəmirçizadə iki üslub təzahüründən bəhs edir ki, bunlardan biri “klassik, şeir, qəzəl üslubu”, digəri isə “dini-təbliği və fəlsəfi şeir üslubu”dur. Uzun müddət, 60-cı illərin sonlarına qədər Azərbaycan dilçiliyində ədəbi dil tarixi haqda araşdırmalar Ə.Dəmirçizadənin bu istiqamətdə yaratdığı tendensiyadan kənara çıxmamışdır. Sonrakı mərhələdə T.Hacıyevin tədqiqatları xüsusi olaraq diqqəti cəlb edir. Çünki məhz onun tədqiqatları ilə Azərbaycan ədəbi dil tarixinin öyrənilməsində yeni mərhələ başlayır. Professor ilk dəfə olaraq ədəbi dilin tarixini məhz normanın tarixi kimi öyrənir, tədqiqatlar isə daha geniş mənbələr əsasında aparılır. T.Hacıyevə görə, Azərbaycan ədəbi dilinin tarixi iki dövrə ayrılır: təşəkkül dövrü, sabitləşmə dövrü. Birincidə həm ilk təşəkkül, həm də formalaşma, ikinci də isə həm müəyyənləşmə, həm də sabitlik anlayışları ehtiva olunur. Təşəkkül dövrü təxminən, IX-X əsrlərdən XVII əsrin əvvəllərinə qədərki dövrü əhatə edir, sabitləşmə dövrü isə XVIII əsrin ortalarından başlayır.
Azərbaycan ədəbi dili və üslublarının inkişaf tarixinin XVII-XVIII əsrlər mərhələsi xüsusi olaraq diqqəti cəlb edir. Çünki XVII-XVIII əsrlərdə formalaşan milli mədəniyyət və milli dil müasir Azərbaycan mədəniyyətinin və dilinin əsasını təkşil edir. Müasir Azərbaycan türk ədəbi dili – onun norması və funksional üslubları prinsip etibarilə, XVIII əsrdə müəyyənləşmişdir. Məhz bu mərhələdə folklor üslubu əlamətdar dil-nitq ünsürlərini klassik üslubdan mənimsəməklə təkmilləşib aparıcı mövqe əldə edir. Və ilk funksional üslubları əsasən bədii, elmi və rəsmi üslub təmsil edir. Ədəbi dilin sonrakı inkişaf mərhələlərində isə digər funksional üslublar yaranıb inkişaf etməyə başlayır.

Yüklə 254,08 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin