Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 254,08 Kb.
səhifə42/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   ...   38   39   40   41   42   43   44   45   ...   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

Təşbeh (bənzətmə) bu, məcazın ən sadə növüdür. Təs­vir zamanı iki obyekt qarşılaşdırılır, oxşar cəhətlərdən biri, yaxud bir neçəsi əsas götürülür. Əlaməti zəif olan obyekt əlaməti güclü, qabarıq olan obyektə bənzədilir. Kimi, təki, tək, qədər qoşmaları bənzəyənlə bənzədilən arasında eyniyyət yaranmasına imkan vermir. Məsələn:
Yerdən ayağını quş kimi üzub, ox kimi süzüb...
(S.Vurğun)
Şamların belindən aşan buludlar,
Yun kimi süzülüb daraqdan keçir.
(H.Hüseynzadə)
Təşbehin iki forması var:

  1. Kimi, tək, elə bil, sanki və s. qrammatik əlamətlərlə düzəldilən təşbehler (bənzətmələr). Məsələn, O, elə bil daşdır. Qız lalə tək qızarmaq.

  2. Həmin qrammatik əlamətlər olmadan düzələn təşbehlər. Məsələn, O, tülküdür, yaxud maraldır (insan haqqında).

Metafora (istiarə). Hər hansısa bir əşyanın və ya hadisənin əlamətinin adi çəkilmədən başqa bir əşya və ya hadisə üzərinə köçürülməsinə metafora deyilir. Məsələn, Günəş gülümsəyir. Buludlar ağlayır. İstiarə bənzətmə əsasında yarandığı üçün ona gizli təşbeh də deyilir:
Əzizim, dolu gözlər,
Göy kişnər, dolu gözlər
Mənə derlər ağlama,
Durarmı dolu gözlər. (Bayatı)


Xam otlağı yara-yara
Göy yastana çıxdı maşın.
Bulud endi, çən çəkildi
Üz-gözünə dağın-daşın,
Dağlar məni tanımadı. (M.Araz)
Metonimiya. Metonimiya deyilən başqa bir məcaz da vardır ki, burada hadisənin ümumi (küll) ilə bir hissəsi (cüzi) müqayisə edilir. Bəzən hissənin adını çəkməklə hadisənin ümumisi, bəzən isə ümuminin adını çəkməklə bir hissəsi nəzərdə tutulur. Birinciyə misal olaraq belə bir misal işlədək : “Qələmlə dolanıram”. Bu misalda yazıçılıq məfhumunun bir hissəsinin adı çəkilir. Əksinə məfhumun, hadisənin ümumisinin adını çəkib onun hissəsini də nəzərdə tutmaq olar. Məsələn, “Universitet nümayişə gəldi”, yaxud “Danışır Bakı”.
Sinekdoxa metonimiyanın bir növü olan sinekdoxada bir əlamət, bütöv anlayışı, hissəni, tamı əvəz edir. S.Rəhimovun “Saçlı” romanında Rüxsarənin uzun saçı olduğuna görə Saçlı adlandırılması buna nümunə ola bilər. Bütün sinekdoxalar metonimiya ola bildiyi halda, bütün metonimiyalar sinekdoxa deyil.

Yüklə 254,08 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin