Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə20/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   51
NVT və ATE- mühazirə (əsas)

kurs dayanıqlığı
onun düzxətli hərəkətində mühüm rol oynayır. O, 
aşağıdakı səbəblərdən pozula bilər: 
-yükün çəkisinin avtomobilin eni doyu düzgün paylanmaması; 
-yan küləyin təsiri; 
-təkərlərin yol səthindəki nahamarlılığa zərbəsi; 
-intensiv tormozlamalar; 
-intensiv sürətlənmələır; 
-sükan çarxının sərt döndərilməsi; 
-tormoz mexanizminin düzgün nizamlanmaması. 
Avtomobilin 
idarə olunma qabiliyyəti
(İOQ) dedikdə onun sürücü tərəfindən 
verilmiş istiqamət üzrə hərəkət etmə qabiliyyəti başa düşülür. İOQ-nin əsas xarak- 
teristikalarından biri dönmə qabiliyyətidir. Bu sükan çarxının tərpənməz vəziyyə- 
tində avtomobilin hərəkət istiqamətini dəyişə bilmək xüsusiyyətidir. 
29. 


Yan qüvvələrinin təsiri dönmə radiusunun dəyişməsindən asılı olaraq, dönmə 
qabiliyyətinin aşağıdakı növləri vardır: 
-dönmə qabiliyyəti azaldılmış – avtomobilin dönmə radiusunu artırır; 
-neytral – dönmə radiusu dəyişmir; 
-izafi – dönmə radiusu azalır. 
Avtomobiin İOQ-ti pis olduqda onun real hərəkət traektoriyası arzu olunan
trayektoriya ilə üst-üstə düşmədiyindən, sürücü tərəfindən əlavə idarəedici təsirlə- 
rin icra olunması tələb olunur. Bu isə öz növbəsində yolda avtomobilin “vurnux- 
masına”, dinamiki koridorun artmasına və beləliklədə sürücünün yorulmasına sə- 
bəb olur. Xüsusi əlverişsiz şəraitlərdə avtomobilin İOQ-ti bu və ya dugər YNH-
sinə gətirib çıxarır. 
Bütün avtomobil yollarının örtükləri hətta kiçik sahələrdə müəyyən nahamar- 
lıqlara malikdirlər. Yollarda əsasən fasiləsiz olaraq növbələşən çıxıntılar və çökün- 
tülər olur.Hərəkət edən avtomobilin təkərlərinin belə nahamarlıqlar üzərindən keç- 
məsi onun titrəyişlərinə səbəb olur və bu hərəkət səlistliyi ilə xarakterizə olunur. 
Yəni, 
hərəkət səlistliyi
avtomobilin nahamar yol sahələrində resoraltə kütlələrinin 
böyük olmayan rəqsləri ilə müşayət olunan hərəkər etmə qabiliyyətidir. Yolun 
avtomobilə təsiri nahamarlıqların formasından, onların ölçüsündən və yerləşmə 
ardıcıllığından asılıdır. 
Təkərlərin yol nahamarlıqlarına zərbələri nəticəsində ona şaquli və toxunan 
qüvvələrdən əlavə eninə qüvvə də təsir edir. Ona görə də hər iki qabaq təkər yol- 
dan aralanmaqla, sürücünün də hiss etmədiyi, müəyyən bucaq altında dönə bilər. 
Dönmüş təkərlər yenidən yol səthinə düşdükdə avtomobil əvvəlki hərəkət istiqa- 
mətindən fərqli istiqamətdə hərəkət edə bilər. Sürət böyük olduqda bu, avtomobilin 
yoldan çıxmasına və digər ağır hadisələrə səbəb ola bilər. 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin