Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi


iki  növə bölünür: təbii və süni



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə22/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   51
NVT və ATE- mühazirə (əsas)

iki 
növə bölünür: təbii və süni.
Təbii
siqnallara ətrafda olan obyektlərin və yolun 
istiqamətinin dəyişməsi, yollarda olan nahamarlılıqlar və s. aiddir. 
Sünu
siqnallara 
isə müxtəlif qurğuların, avtomobilin cihazlar lövhəsinin və s. verdiyi məlumatları 
aid eləmək olar. 
Siqnalların sürücü tərəfdən tez və rahat qəbul edilməsi onları xarakterizə edən 
aşağıdakı amillərdən asılıdır: formasından, ölçüsündən, rəngindən, tezliyindən, 
davam etmə müddətindən, bir mənallığından və s. 
İnformasiyanın aşağıdakı alınma mənbələri mövcuddur: 
-səs
(səs siqnalizatorları, aparan dalğa, mühərrikin, transmissiyanın və s. səsi); 
-vizual
(avtomobilin kuzovunun forma və ölçüləri, rəngi, avtonom işıqlandırma 
sistemi, cihazlar lövhəsi elementləri, müşahidəlilik parametrləri). İnformasiyanın 
təxminən 90%-ni sürücü bu yolla alır; 
-taktil
(idarəetmə orqanlarının sürücünün təsirlərinə reaksiyası); 
-kinestatik
(sürücünün mərkəzi sinir sisteminin avtomobilin titrəyişlərinə reak- 
siyası). 
Avtomobilin hərəkəti zamanı sürücünün eşitmə orqanlarına iki qrup müxtəlif 
səslər təsir edir: 
-sürücünü avtomobili idarə etməkdən yayındıran təsədufi səslər; 
-sürücüyə ətraf vəziyyətlərdən, avtomobilin aqreqat və mexanizmlərindən və bir 
sıra digər mənbələrdən informasiya gətirən səslər. 
Avtomobilin informasiyalılığı aşağıdakı növlərə bölünür: daxili, xarici və əla- 
və. 
Daxili informasiyalılıq sürücünü avtomobili idarə etmək üçün lazımi məlumat- 
larla təmin edir. Avtomobilin daxili vizual informasiyalılığına cihazlar lövhəsi və 
onun müşahidəliliyini yüksəldən digər quruluşlar aiddir. 
Hərəkət prosesində sürücü üçün idarə etdiyi avtomobilin sistem və aqreqatla- 
32. 


rının vəziyyəti barədə məlumatlar lazımdır. Məlumatlar əksedici vasitə kimi ci- 
hazlar lövhəsi avtomobilin daxili vizual informasiyalılığının müəyyən edilməsində 
çox mühüm əhəmiyyət kəsb edir. Əksetdirici quruluşların göstəriciləri elə layihə- 
lndirilməlidir ki, onlar tez və səhvsiz oxunsun. Avtomobil cihazlar lövhəsinin nə- 
zarət-olçü cihazlarının göstəriciləri və siqnalları kifayət qədər müxtəlif məlumatlar 
daşıyır. Onlar mənasının əhəmiyyətinə görə aşağıdakı məlumatlara bölünürlər: 
-avtomobilin bilavasitə HT-yini təmin edən sistemlərin vəziyyəti haqqında; 
-avtomobilin məkanda hərəkət xarakteristikaları, sistem və aqrqqatların istismar 
vəziyyəti haqqında; 
-digər məlumatlar. 
Tədqiqatlarla müəyyən edilmişdir ki, cihazlar göstəricisinin sayılmasının 
dəqiqliyi və sürətinə şkalanın ölçüsü, gözə qədər olan məsafə və qiymətlər arasında 
olan interval təsir edir. Şkalalı cihazlarda əqrəblər gözə çarpan olmalıdır.Belə ki, 
sürücü əvvəlcə əqrəbi aşkar etməli, sonra isə onun göstərdiyi rəqəmi oxumalıdır. 
Cihazlar göstəricilərinin düzgün sayılmasının etibarlılığının yüksəldilməsində ci- 
hazlar lövhəsinin işıqlandırılması böyük rol oynayır. Bunun üçün siqnal vericiləri 
ən azından iki rejimli (gündüz və gecə hərəkət şəraitləri üçün) və ən yaxşı halda 
yolun işıqlandırma dərəcəsindən asılı olan çoxrejimli olmalıdır. 
Bu günə qədər avtomobilin daxili siqnallarına qoyulan tələbləri nizama salan 
beynalxalq təlimatlar mövcud deyil.
Avtomobilin xarici vizual informasiyalılığını iki növə bölmək olar: 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin