Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə24/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   51
NVT və ATE- mühazirə (əsas)

Ə D Ə B İ Y Y A T 
1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və 
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I və II hissə) 
Mövzu № 11. Avtomobilin müşahidəliliyi
Mühazirənin planı 
1. Avtomobilin müşahidəliliyi anlayışı və onun əsas göstəriciləri 
2. İşıq şualarının əks olunma növləri
3. İnformativliyin yüksəldilməsi yolları 
Avtomobilin müşahidəliliyi dedikdə
onun sürücüyə hərəkət yolunu və 
təhlükəsiz hərəkətə nail ola biləcək obyektləri maneəsiz olaraq görməyə obyektiv 
imkan yaratmaq kimi konstruktiv xüsusiyyəti başa düşülür.
35. 


Müşahidəliliyin tədqiqatları göstərir li, onun yaxşılaşdırılması üçün avtomobil-
lərin şüşətəmizləyicisi ilə tənzimlənən qabaq külək şüşəsinin ölçüləri artırılmalı, 
onun dayaqlarının eni azaldılmalı, arxa görünüş güzgülərinin köməyi ilə müşahi- 
dlilik zonası artırılmalıdır. 
Bilavasitə avtomobil qarşısında müşahidəlilik, yəni aşağı şaquli müşahidəlilik 
bucağı, kapotun uzunluğu, hündürlüyü, külək şüşəsinin aşağı qırağının yerləşməsi 
ilə müəyyən edilir. 
Minik avtomobilinin müşahidəlilik parametrləri 
Müşahidəliliyin qiymətləndirilməsində istifadə edilən əsas meyar qrupları 
aşağıdakılardır: 
-pəncərə yuvalarının və şüşənin təmizlənmə zonasının həndəsi ölçüləri; 
-üfiqi meydançadakı “qaranlıq” zonanın həndəsi ölçüləri; 
36. 


-avtomobil üfiqi meydançada dayandıqda “qaranlıq” zonaların bal ilə qiymət-
ləndirilən həndəsi ölçüləri və sahəsi. 
Müahidəliliyin təklif olunan parametrləri 5,5-41m/san sürətlərində avtomobili 
təhlükəsiz idarə etmək üçün sürücünün görməli olduğu yol vəziyyətinin müxtəlif 
obyektlərinin yerləşməsinin təhlilinə əsasən müəyyən edilir. 
Qabaq pəncərənin müşahidəliliyin yuxarı həddini məhdudlaşdıran yuxarı sər- 
həddinin maksimum hündürlüyü iki tələb əsasında müəyyən edilir: 
-avtomobil “Stop” xəttində svetofordan 12m məsafədə durduqda, sürücü yolun 
hərəkət hissəsinin mərkəzində 5m hündürlükdə asılan svetoforu görə bilsin; 
-qabaq pəncərə çox hündür olmamalıdır.Əks halda sürücü müşahidəliliyin 
yuxarı bucağının 30
0
-dən yüksək qiymətlərində müşahidə olunan parlaq işıq və is- 
tilik çualarının təsirindən əziyyət çəkəcəkdir. 
Ətraf mühitin metereoloji vəziyyətindən asılı olmayaraq yaxşı müşahidəliliyin 
təmin edilməsində şüşə təmizləyicilər, həmçinin, şüşələrin yuyulması və qızdırıl- 
ması sistemləri böyük əhəmiyyət daşıyır. Şüşənin üfürmə və qızdırma sistemləri 
xarici mühitin aşağı temperaturlarında qabaq küləj şüşəsinin tərləməsinə və don- 
masına imkan verməməlidirlər. 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin