nın beyin maddəsi, qara ciyəri, ürəyi və s. daxili orqanları insan skeletinin bərk
hissələrindən xəsarətlər alır. Xəsarətlərin çox hissəsi ikinci zərbədən yaranır.
Zərbə zamanı yüklənmə səviyyəsinin avtomobilin uzunu boyu dəyişməsi
Avtomobilin deformasiyası zamanı “həyatı zonanın” təhlükəsizliyinin təmin
edilməsi
Sürücünün hadisə zamanı salon daxilində yerdəyişməsi prosesi
47.
Tədqiqatlar
göstərir ki, insan heç bir zədə almadan təqribən 0,01-0,1san davam
edən qısa müddətli 40-50g yüklənməsinə tab gətirir. Avtomobilin üzbəüz toqquş-
maları zamanı sürücü və qabağdakı sərnişinin yüklənməsi 160-200g çatır.
Daxili passiv təhlükəsizliyi (DPT) yüksəldən konstruktiv tədbirlər
zərbə nəti-
cəsində ətalət yüklərinin azaldılmasını, salon daxilində insanların yerdəyişmələri-
nin məhdudlaşdırılması, xəsarət törədən detalların ləqv edilməsini, yükün bərki-
dilməsini nəzərdə tutur.
Yəni passiv təhlükəsizlik elementləri avtomobilin ön hissəsində (qabaq bam-
perdə) yaranan yükləmələri sürücü və sərnişinlərə çatana qədər 40-50g həddinə
azaltmalıdır. Tədqiqatlar göstərir ki, tərpənməz maneəyə vurulma zamanı I-ci
fazanın davamiyyət müddəti 0,05-0,1san, II-ci faza isə 0,02-0,04san təşkil
edir.Avtomobilin ağırlıq mərkəzinin orta təcili bu zaman (8,3-14m/san sürətində)
45-60g çatır, ani təcili isə 80-100g çata bilər. Ona görə də, ətalət yüklərinin
azaldılması üçün qeyd olunan fazaların davamiyyət müddəti, yəni detalların
deformasiya müddəti artırılmalıdır.
Avtomobilin kuzovu
Minik avtomobilinin kuzovunun passiv təhlükəsizliyi konsepsiyası 1952-ci ildə
Daimler-Benz şirkətinin mühəndisi Bela Bereyni tərəfindən işlənmişdir. Ona əsa-
sən avtomobilin kinetik enerjisi kuzovun hissələri tərəfindən söndürülür. Bunun
üçün kuzovun qabaq və arxa hissəsində güc strukturası avtomobilin uzunluğu bo-
yunca məqsədli şəkildə zəiflədilərək, deformasiya zonası yaradılır.Lonjeronlar və
eninə dayaqların en kəsikləri, və ya dayaqların qalınlıqları azaldılır. Nəticədə
toqquşmalar zamanı kuzovun bu hissələri dağılaraq, enerjinin bir
hissəsini sön-
dürməklə zərbəni yumşaldır.
Qəzalar zamanı avtomobilin salonunda insanlar üçün kifayət qədər
boş sahə
qalmalıdır (ona “həyat” zonası deyilir). Bu səbəbdən də deformasiya
olunan zo-
nalarda güc strukturunun zəiflədilməsi kuzovun mərkəzi hissəsinin sərtliyinin ar-
tırılması ilə uzlaşdırılmalıdır. Bunun üçün konstruksiya elə olmalıdır ki, kifayət
qədər sərtlik təmin olunmaqla bərabər, zərbə qüvvəsi mümkün qədər daha çox
48.
istiqamətlərdə paylansın.
Dostları ilə paylaş: