Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi


Təhlükəsiz hava yastıqları



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə34/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   51
NVT və ATE- mühazirə (əsas)

Təhlükəsiz hava yastıqları 

TK-rinin əsas özünəməxsus çatışmamazlıqlarından biri sürücü və sərnişinlə-


rin avtomobildə hərəkətlərinin məhdudlaşdırılmasıdır. Bu səbəbdəm konstruk-
torlar insanların hərəkətlərini avtomobildə yalnız qəza zamanı məhdudlaşdıran, 
digər hallarda isə onlara mane olmayan, yeni sistemlər yaratdılar. Bu sistemlərin
ən bariz nümünəsi təhlükəsizlik hava yastıqlarıdır (THY). İlk belə sistem 50-ci 
illərdə Amerika mühəndisi C.Xetrik tərəfindən ixtira edilmişdir. 
Müasir belə sistemlər aşağıdakı elementlərdən ibarətdir: 
-batareya; 
-qəza vericiləri; 
-alışdırma qaz qeneratoru; 
-sürücü və sərnişinlərin hava yastıqları; 
-SRS qurğusu. 
Avtomobildə quraşdırılmış vericilər 50km/saat sürətində toqquşmalarda və ya
ona ekvivalent olan zərbələrdə işə düşür və SRS-in moduluna siqnal göndərirlər. 
Modul öz növbəsində alışma qaz qeneratoruna elektrik impulsu göndərir. Nəticə-
də qeneratorda olan kristallar ani olaraq qaza çevrilir və 15-60msan ərzində hava 
yastıqlarını doldurur. Dolma zamanı yastıqlar sürücü və sərnişinlərə tərəf saatda 
200-300km sürətlə yaxınlaşır. Ona görə də, təhlükəsizlik kəmərləri taxmayan in- 
sanlar, yerdəyişmə nəticəsində ağır xəsarətlər ala bilərlər. Sürücülərin hava yastıq- 
larının hıcmi 60-80-litr, sərnişinlərinki isə 120-130litr olur. Yastıqların başqa mən- 
fi xüsusiyyətləri də ondan ibarətdir ki, onlar dolma zamanı yüksək səviyyəli səs 
(təxminən 165dBA-dan çox) yaradırlar, hansı ki, insanların qulaq pərdələrini 
zədələyə bilər. 
Təhlükəsiz oturacaqlar 
Avtomobilin oturacaqları toqquşmalar zamanı (xüsusən də eyni istiqamətli) 
50. 


sürücü və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. 
Oturacaqların bərkidilmə yerləri avtomobilin uzununa oxuna paralel yönəl-
miş və oturacağın öz çəkisindən 20 dəfə artıq olan yükə tab gətirməlidir. Otura- 
caqların yerdəyişmə və tənzimlənmə sistemləri uzunluq boyu yönəlmiş 20g-yə 
qədər yükə tab gətirən bloklayıcıya malik olmalıdırlar. 
Oturacaqların baş yastıqları toqquşmalar zamanı insanların boyun onurğa 
sümüyünün xəsarətləri və sınmasının qarşısını alır. Statistikaya əsasən yastıqla-
rın tətbiqi toqquşmalar zamanı xəsarətlərin sayını 42%-ə qədər azalda bilər. 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin