ölkələrində bamperlərin hündürlüyü normallaşdırılmamışdır. Həmdə yük və mi-
nik avtomobillərinin toqquşmaları zamanı onların bamperləri üst-üstə düşmür (yol
səthindən hündürlükləri müxtəlif olduğundan).
Müasir avtomobillərdə müxtəlif konstruksiyalı bamperlərdən istifdə edilir. İlk
sadə bamperlər sırf dəmirdən, sonralar isə dəmir üzərinə şəkilmiş rezin qatından
ibarət idi. Hazırda bəzi bamperlərdə metaldan hazırlanmış gövdə zərbəni qəbul
edərək kuzova bərkidilmiş polad bıcaqlara doğru yerini dəyişir. Metalın yuxarı qatı
bıcaqlarla kəsilir və buna sərf olunan iş kinetik enerjini söndürür.
Pnevmatik və hidravlik amortizasiya elementlərində zərbə enerjisi rezinin sıxıl-
ması və ya mayenin drosselləyici deşikdən çıxması ilə söndürülür.
Dostları ilə paylaş: