Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə40/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   51
NVT və ATE- mühazirə (əsas)

Yoxlama sualları: 
1.Avtomobildə ekoloji təhlükəsizlik elementləri hansı funksiyaları həyata 
keçirirlər? 
2.Ətraf mühitin çirklənməsi dedikdə nə başa düşülür? 
3.İlk Avro I ekoloji təhlükəsizlik standartı neçənci ildə qəbul edilmişdir? 
4.Avtomobillərdə hansı növ katalizatorlardan istifadə edilir? 
5.Avtomobilin katalizatoru onun hansı sistemi ilə sıx əlaqədə işləyir? 
6.Avtomobillərin yaratdığı səs-küy səviyyəsinin azaldılması üçün hansı tədbirlər 
nəzərdə tutulur? 
7.Minik, yük avtomobilləri və avtobusların yaratdıqları səsin səviyyəsi hansı həddi 
aşmamalıdır? 
Ə D Ə B İ Y Y A T 
1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və 
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I və II hissə) 
2. Ломакин В.В., Покровский Ю.Ю., Степанов И.С., и др. Безопасность 
автотранспортных средств: Учебник для вузов 2011 - 115с
Mövzu № 18. Avtomobilin qaçırılmağa qarşı təhlükəsizliyi
Mühazirənin planı: 
1. Avtomobilin qaçırılmağa qarşı təhlükəsizliyi və onun yüksəldilməsi üzrə 
tədbirlər
2. Təhlükəsiz avtomobil konstruksiyası və onun yaradılmasının əsas 
istiqamətləri 
59.


Avtomobilin qaçırılmağa qarşı təhlükəsizliyi məsələlərinə əsasən son 20-30 il 
ərzində diqqətlə yanaşmağa başlanmışdır. Bunun səbəblərini bizim fikrimizçə aşa-
ğıdakı səbəblərlə izah eləmək olar: 
-avtomobillərin sayı artdıqça onların (xüsusən də bahalı biznes klas qpupuna aid 
olanların) qaçırılma faktlarının sayıda artmağa başlamışdır; 
-müəyyən model avtomobillərin qiyməti həddindən artıq baha olduğundan on- 
ların sahiblərinin özlərini maşının qaşırılma faktından səğortalama istəyi; 
-qaçırılan avtomobillərlə çoxlu sayda müxtəlif növ yol qəzalarının və digər 
cinayətlərin törədilməsi. 
XX-cu əsrin 50-60-cı illərində avtomobillərin sahibləri maşınlarının qaçırılma- 
ması üçün əsasən mexaniki vasitələrdən istifadə edirdilər (məsələn təkərlərin 
disklərini zəncirlə harasa bağlayırdılar, ilişmə muftası əyləcini sükan çarxına xüsu- 
si alətlə birləşdirirdilər və s.). Bəziləri avtomobilin elektrik sisteminə müdaxilə 
edərək orada xüsusi ayərəcı açarlar qoyurdular. 
90-cı illərdə mühəndislər tərəfindən Great Guard qaçırılmağa qarşı təhlükəsizlik 
sistemi yaradılmışdır. Bu sistem özünü çox effektiv və səmərəli göstərdiyindən 
təkmilləşdirilərək bu günə kimi istensal olunur. Bu sistemin əsas elemntləri aşağı- 
dakılardır: 
-metal qutunun içərisində yerləşdirilmiş idarəedici blok (o mexaniki zərbələrə, 
yüksək temperatura və nəmliyə davam gətirir); 
-avtomobilin salonunda yerləşdirilən və 7 rəqəmli kodla təmin edilmiş sistemə
qoşulub-ayrılma pultu. 
Sistemin iş prinsipi ondan ibarətdir ki, qorunma işə salındıqda avtomobilin 
hidravlik tormoz intiqalı konturları bloklayır. Bu sistemin müasir modifikasiyala- 
rında tormozlarla bərabər, kapot altındakı qıfıl, starterin, benzin nasosunun və s.
bliklanma dövrələri də idarə edilir. 
Qaşırılmağa qarşı elektron sistemlərin tətbiqi avtomobilin mühafizə olunma 
səviyyəsini yüksəldir. Bu gün əksər avtomobillərdə vahid aşardan istifadə edilir. 
Hər bir avtomobilin fərdi elektronikası alışdırma açarının elektron sxemi ilə daimi 
60. 


şəkildə mübadilədə olur. Yəni, alışdırma, starter və yanacaq verilişi sistemləri o 
zaman işə düşürlər ki, avtomobil öz aşarını “tanısın”. 
Son on illikdə avtomobillərdə qaşırılmağa qarşı peyk sistemlərinin quraşdırıl- 
ması başlamışdır. Bunun əsas iş prinsipi ondan ibarətdir ki, avtomobilin hər hansı 
bir uzaq küncündə peyk siqnallarının qəbuledicisi yerləşdirilir. Onun vasitəsi ilə 
dispetçer məntəqəsi (qəbuledicinin “görmə” zonasında ən azı 3 peyk olmalıdır) 
avtomobilin yerləşmə koordinatlarını daimi izləyə bilir. 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin