-
baş vermə tezliyinə
görə (az, orta və çox işlənilmiş);
-
əmək tutumuna
görə (kiçik, orta və böyük əmək tutumlu).
Bildiyimiz kimi tormoz sistemi (sonralar TS) hərəkətin təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynayır. Ona görə də hər bir sürücü daim tormoz sistemi-
nin texniki vəziyyətini nəzarətdə saxlamalı və onda müəyyən nasazlıqların yaran-
ması barədə məlumat verən əlamətləri bilməlidir. Aşağıda biz tormoz sistemində
yaranan əsas nasazlıqlar, onların əmələ gəlmə səbəbləri və bu nasazlıqları xarakte-
rizə edən əlamətlər baradə danışacayıq.
TS-nın konstruksiyasına uyğun olaraq nasazlıqlar
ən ümumi formada 3 qrupa
bölünür:
-tormoz mexanizminin;
-tormoz intiqalının;
-tirmoz gücləndiricilərinin.
Diskli tormoz mexanizmlərinin aşağıdakı nasazlıqları mövcuddur:
-tormoz qəliblərinin yeyilməsi, dağılması və çirklənməsi;
-tormoz disklərinin yeyilməsi, deformasiyası və qopmaları;
-supportun bərkidilməsinin zəifliyi və deformasiyası.
Dostları ilə paylaş: