Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə47/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   51
NVT və ATE- mühazirə (əsas)

Ə D Ə B İ Y Y A T 
1.Bayramov R.P., Cobanzadə İ.M. “Yol nəqliyyat hadisələrinin tədqiqi və 
avtotexniki ekspertizası” Bakı, “Təhsil NPM”, 2005, 352 səh. 
2.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və 
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I hissə) 
Mövzu № 22. NV-nin texniki nasazlıqları
Mühazirənin planı: 
1. NV-nin sistemlərinin nasazlıqları və onların YNH-nın baş verməsinə təsiri
2
.
İmtinaların tərifi və təsnifatı
3. Tormozların,sükan idarəsinin və transmissiyanın əsas nasazlıqları,onların 
yol-nəqliyyat hadisələrinin baş verməsinə təsiri 
Bildiyimiz kimi hərəkət prosesi SAYM (sürücü-avtomobil-yol-mühit) sistemini 
təşkil edən elementlərin qarşılıqlı əlaqəsi təşkil edir.Bu sistemin imtinasız və effek- 
tiv fəaliyyəti hər bir elementin ayrı-ayrılıqda normal fəaliyyətindən və öz funksiya- 
larını düzgün yerinə yetirməsindən asılıdır. Əlbətdə ki, bu sistemdə əsas rolu sürü- 
cü oynayır, çünki o, bu sistemin operatorudur və onun qəbul etdiyi düzgün qərar-
lardan bütün sistemin effektiv fəaliyyəti və hərəkətin təhlükəsizliyinin təmin olun- 
ması asılıdır. 
Bununla belə hərəkətin təhlükəsizliyi bir çox hallarda sürücü tərəfindən idarə 
olunan nəqliyyat vasitəsinin verilmiş komandalara olan əks cavabından da asılıdır. 
Bu isə öz növbəsində nəqliyyat vasitəsinin sistem və aqreqatlarının texniki vəziy- 
yətindən asılı olur. Belə bir fikir yarana bilər ki, bu məsələnin həlli üşün NV-lərin 
71. 


texniki vəziyyətinə lazımi nəzarətin və ya texniki qulluqların təmin edilməsi kifa- 
yətdir. Lakin bu belə deyil, çünki texniki nasazlıqların yaranma səbəbləri müxtəlif- 
dir və onların yaranmasını həmişə qabağcadan müəyyən etmək mümkün deyil. 
 
YNH-nin baş vermə səbəblərinin tədqiqi göstərir ki, onların yalnız 3-5% nəq- 
liyyat vasitələrinin texniki nasazlığı üzündən baş verir (bəzi mənbələrdə bu rəqəm 
8%-ə bərabərdir). Bu rəqəm ilk baxışdan kiçik görüksədə, nəzərə almaq lazımdır 
ki, bu səbəbdən olan hadisələr çox ağır nəticələrlə xarakterizə olunur. Məsələ on- 
dadır ki, tormoz sisteminin, sükan idarəsinin və hərəkət hissəsinin nasazlıqları ilə 
əlaqədar imtinalar adətən avtomobilin yüksək sürətlərində baş verir. 
Əgər nasazlıq üzündən baş vermiş YNH-ni 100% qəbul etsək onda ayrı-ayrı 
qovşaqların payı aşağıdakı kimi bölünür: 
-tormoz sistemi – 41,3%; 
-sükan idarəsi – 1,6%; 
-hərəkət hissəsi və şinlər – 19,2%; 
-işıqlandırma və siqnal cihazları – 7,9%; 
-digər quruluşlar – 15,2% 
Gəlin “

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin