aşağıdakıları qeyd etmək olar:
-
qabaq təkərlərin quraşdırılma bucaqlarının pozulması;
-
asqı linglərinin deformasiyası;
-
yayların sərtliyinin azalması və ya sınması;
-
amartizatorların hermetikliyinin pozulması, yeyilməsi və ya mexaniki zə-
dələnməsi;
-
amartizator dayağının zədələnməsi;
-
eninə dayanıqlılıq stabilizatorunun zədələnməsi;
-
asqıların bərkidilməsinin rezin-metal və ya oynaq elementlərinin yeyiməsi.
Bu nasazlıqların əsas səbəbi birinci növbədə yolların keyfiyyətidir. Bununla
bərabər, keyfiyyətsiz dəstlər, texniki xidmət və təmir işlərinin keyfiyyətsiz aparıl-
ması və avtomobilin idarə etmə üslubu da öz təsiri göstərir.
Asqıların nasazlıqları tədricən və ya qəflətən baş verə bilər. Onlarda nasazlıqla-
rın başlanması aşağıdakı əlamətlərlə bilinir:
-
avtomobilin düzxətli hərəkət istiqamətindən sapmaları (yana çəkmə);
-
döngələrdə hərəkətdə və tormozlamada avtomobilin titrəyişi (yırğalan-
ması);
-
hərəkət zamanı titrəyişlər;
-
hərəkət zamanı asqılarda taqqıltı;
-
asqıların “yatması”;
-
şinlərin yeyilməsinin artması və ya qeyri-müntəzimliyi.
Nəzərə almaq lazımdır ki, qeyd olunan xarici əlamətlər sükan idarəsinin nasaz-
lıqlarında da müşahidə edilə bilər.
Dostları ilə paylaş: