-
sükan idarəsində taqqıltının (vurmanın) yaranması;
-
sükan çarxının vurması;
-
sükan çarxının boş gedişinin artması;
-
sükan çarxının ağır dönməsi;
-
sükan idarəsi gücləndiricisində səs;
-
işçi mayenin axması.
Transmissiya
Avtomobilin transmissuyasının əsas elementləri kimi ilişmə muftasının və sü-
rətlər qutusunun nasazlqlarına diqqət yetirilməlidir.
İlişmə muftasının əsas nasazlıqları kimi aşağıdakı ları qeyd etmək olar:
-
aparılan diskin üzlüyünün yeyilməsi və ya dağılması;
-
aparılan diskin deformasiyası;
-
aparılan diskin üzlüyünə yağın düşməsi;
-
aparılan diskin şlisinin yeyilməsi;
-
ilişmə muftasının ayırıcı yastığının yeyilməsi və ya dağılması;
-
nizam çarx səthinin yeyilməsi;
-
ilişmə muftasının ayırıcı çəngəlinin ilişməsi
İlişmə muftasının konstruksiya elementlərinin yeyilməsi və ya sınması əsasən
avtomobilin istismar qaydalarının pozulması (mühərrikin yüksək dövrlər sayında
avtomobilin yerindən tərpənməsi və hərəkət zamanı ayağın pedal üzərində olması)
nəticəsində baş verir.
Sınmaların əsas səbəbi ilişmə muftası elementlərinin istismar
müddətinin
bitməsidir (bu birinci növbədə aparılan diskı aiddir). Qaydalara əməl olduqda bu
elementin istismar müddəti 100000km, pozulduqda isə 50000km yaxındır.
Nasazlıqların xarici əlamətləri kimi aşağıdakıları qeyd etmək olar:
-
natamam ayrılma (bu zaman mühərrik işlədikdə ötürmələrə keçmə çətinlə-
şir,səs-küy, silkələnmələr yaranır və pedalın boş gedişi artır);
-
natamam birləşmə (bu aparılan diskin friksion üzlüklərinin yanmasından
yaranan iy, avtomobilin dinamikliyinin azalması,mühərrikin həddən qızma-
76.
sı və yanacaq sərfinin artması ilə müşaidə edilir);
-
iş zamanı silkənmələr;
-
qoşulma zamanı titrəyişlər;
-
ayrılma zamanı səs-küy.
Sürətlər qutularının əsas ümumi nasazlıqları kimi aşağıdakılar qeyd olunmalı-
dır:
- sinxronizatorların muftasının yeyilməsi;
- dişli çarxların yeyilməsi;
- sürətlər qutusunda yağın səviyyəsinin aşağı olması;
- aparan, aparılan və aralıq vallarının yastıqların yeyilməsi;
- sürətlər qutusunun bərkidilməsinin zəifləməsi;
- kipləşdiricilərin yeyilməsi.
Ötürmələrə qoşulma mexanizminin nasazlıqları kimi aşağıdakıları qeyd etmıli-
yik:
-
bərkidilmələrin zəifləməsi;
-
ötürmələrə qoşulma ştokunun yeyilməsi və ya dağılması;
-
ötürmələrə qoşulma çəngəllərinin yeyilməsi.
Qeyd edilən nasazlıqların əsas səbəbləri aşağıdakəlardır:
-
istismar qaydalarının pozulması (keyfiyyətsiz qağların istifadəsi və
ya onun
səviyyəsinə nəzarət edilməməsi);
-
dəst elementlərinin keyfiyyətinin aşağı olması;
-
sürətlər qutusunun xidmət müddətinin başa çatması;
-
sürətlər qutusuna qulluğun və onun təmirinin peşəkarlıqla aparılmaması.
Sürətlər quusunun nasazlıqlarını aşağıdakı əlamətlərə görə müəyyən etmək olar:
-
sürətlər qutusunda səs-küy;
-
ötürmələrə qoşulmanın çətinliyi;
-
ötürmədən öz-özünə çıxma;
-
yağ axması.
İndi isə asqıların nasazlıqlarına baxaq. Asqıların əsas nasazlıqları kimi
77.
aşağıdakıları qeyd etmək olar:
-
qabaq təkərlərin quraşdırılma bucaqlarının pozulması;
-
asqı linglərinin deformasiyası;
-
yayların sərtliyinin azalması və ya sınması;
-
amartizatorların hermetikliyinin pozulması, yeyilməsi və
ya mexaniki zə-
dələnməsi;
-
amartizator dayağının zədələnməsi;
-
eninə dayanıqlılıq stabilizatorunun zədələnməsi;
-
asqıların bərkidilməsinin rezin-metal və ya oynaq elementlərinin yeyiməsi.
Bu nasazlıqların əsas səbəbi birinci növbədə yolların keyfiyyətidir. Bununla
bərabər, keyfiyyətsiz dəstlər, texniki xidmət və təmir işlərinin keyfiyyətsiz aparıl-
ması və avtomobilin idarə etmə üslubu da öz təsiri göstərir.
Asqıların nasazlıqları tədricən və ya qəflətən baş verə bilər. Onlarda nasazlıqla-
rın başlanması aşağıdakı əlamətlərlə bilinir:
-
avtomobilin düzxətli hərəkət istiqamətindən sapmaları (yana çəkmə);
-
döngələrdə hərəkətdə və tormozlamada avtomobilin titrəyişi (yırğalan-
ması);
-
hərəkət zamanı titrəyişlər;
-
hərəkət zamanı asqılarda taqqıltı;
-
asqıların “yatması”;
-
şinlərin yeyilməsinin artması və ya qeyri-müntəzimliyi.
Nəzərə almaq lazımdır ki, qeyd olunan xarici əlamətlər sükan idarəsinin nasaz-
lıqlarında da müşahidə edilə bilər.
Dostları ilə paylaş: