Aqillərin inamına görə: qanlı bəlğəmdən, göy öskü-
rəkdən əziyyət çəkənlərə şomunun (ispanağın) sıxma pencə-
rini qatıqla yemək, üstündən də bir fincan (stəkan) həlimini
içmək məsləhətdir. Bu, bəlğəmi və sinəni təmizləyir, həm də
göy öskürəyin qarşısını alır.
Aqillərin inamına görə: böyrəyində ağrılar, daş, qum
olan xəstələrə hər gün yemək vaxtı çoxlu yarpız, turp, şüyüd,
reyhan, tərə, xiyar yemək məsləhətdir.
Aqillərin inamına görə: gözünə mirvari suyu gələn
xəstələrə 15-20 gün, gündə üç dəfə tənzifi (cunanı) köhnə
zeytun yağında isladıb gözün üstünə qoymaq məsləhətdir.
Dostları ilə paylaş: |