Aqillərin inamına görə: Allaha, peyğəmbərə, Qurana,
qibləyə inamsız olan, imansız olar (ölər).
Aqillərin inamına görə: elmə zalım olandan alim ol-
maz.
Aqillərin inamına görə: tamahına təh deməyən, halalı
söyər, haram yeyər, hamıya böhtan deyər.
Aqillərin inamına görə: ayaqqabını, corabmı taykeş,
tərs geyinənin uğuru xeyir tapmaz, işi tərsinə dönər.
Aqillərin inamına görə: oruc tutan, namaz qılan azar-
bezarsız yüzü haqlayar.
Aqillərin inamına görə: bütün fəsillərdə ağsoğlaq,
sarımsaqlı sıxma pencər, tünd sarımsaqlı xəngəl, başayaq, sa-
rımsaqlı qatıq, sarımsaq turşusu-tutması yeyən adamın göz na-
hiyəsində qızartı olmaz, dişləri, diş yuvaqlarının əti şişməz,
ağrımaz, ağız nahiyəsində xora, səpinti olmaz, mədə-bağırsağ-
da qurd olmaz, yaman-şiş (xərçəng) xəstəliyinə tutmaz. Dır-
naqları qırılmaz, iştahası, görmə qabiliyyəti artar, canı sağlam
olar, boy vəziləri inkişaf edər, saçı gec ağarar, tez tökülməz.
Dostları ilə paylaş: |