Aqillərin inamına görə: anaya əl qaldıran, üzərinə el
qaldırar.
Aqillərin inamına görə: ata-anasını söyən övlad, ata-
ana olanda peşman olub başına döyər.
Aqillərin inamına görə: ata-anasını yerli-yersiz mə-
yus edən övlad, dəyyus olar.
Aqillərin inamına görə: ailədə, cəmiyyətdə ilahi ix-
tiyar sahibi olan ananın övladı bəxtiyar olar.
Aqillərin inamına görə: qadın ərini bəy, övladlarını
öy edər.
Aqillərin inamına görə: ailədə nikahı olmayan qadı-
nın gördüyü hər iş günahdır.
Aqillərin inamına görə: qadın ev-eşikdə qoçaq olsa,
əri evdən qaçaq olmaz.
Aqillərin inamına görə: yaxşı ər-arvad halal zəhmətlə
yaşayar, pis ər-arvad tənə-töhmətlə.
Aqillərin inamına görə: yaxşı ər-arvad ailədə bir-
birinə yoldaş-sirdaş olmalıdır.
Aqillərin inamına görə: ər-arvad ailədə bir-birilə xoş-
rəftar olmasa, ailə üzvləri bir-birilə bədrəftar olar.