Aqillərin inamına görə: şəkər xəstəliyindən əziyyət
çəkən adamlara balqabağı (boranını) ətçəkən maşından ke-
çirib şirəsini gündə üç dəfə, yeməkdən əvvəl yarım fincan
içmək məsləhətdir.
Aqillərin inamına görə: qan təzyiqi yuxarı olan
adamlara şəkər çuğundurunu ətçəkən maşından keçirib sonra
süzüb ona bir çay qaşığı bal qatıb gündə 3 dəfə, yeməkdən
əvvəl bir fincan içmək məsləhətdir. Bu cür türkəçarə müalicə
qan təzyiqini aşağı salır.
Aqillərin inamına görə: gecə pis yuxu görən kəs yu-
xusunu sübh tezdən suyun axarına tutub söyləsə, su pis yu-
xunu yuyub aparar, pis söz, pis göz yuxu görənin ailəsindən
uzaq olar. Əgər, o, yaxşı yuxu görübsə, yenə də sübh tezdən
axar su üstünə gedib, yuxusunu söyləsə, yuxu görənə və
onun ailəsinə xoşbəxtlik üz verər.
Aqillərin inamına görə: yuxunu axşamüstü, şər qarı-
şanda, gecə danışmazlar. Danışılsa, yuxu danışan şərə düşər,
xeyir tapmaz.