__________________________________ Nübar Həkimova
139
Aqillərin inamına görə: alma, qızılgül, yasəmən, şa-
mama, yemiş-qovun, ətirşahı təzə-tər ikən iyləmək, baş-be-
yini fəaliyyətə gətirir, hafizəni bərpa edir.
Aqillərin inamına görə: kəskin, şiddətli başağrısından
əziyyət çəkənlərə başını kəklikotu buğuna vermək
məsləhətdir.
Aqillərin inamına görə: ağzında qızıl dişi olanın ürəyi
ağrımaz, yuxuda onu qara basmaz.
Aqillərin inamına görə: böyrək ağrılarından, yel xəs-
təliyindən, qan azlığından, iştahasızlıqdan əziyyət çəkənlərə
qarağatın özünü yemək, yarpağını dəmləyib gündə üç dəfə,
20-25 gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir.
Aqillərin inamına görə: bağırsaqlarında qurd olan
adamlara, yatarqarına və səhər tezdən acqarına qabaq (bo-
ranı) çiyidi (tumu) yemək məsləhətdir.
Dostları ilə paylaş: |