__________________________________ Nübar Həkimova
137
Aqillərin inamına görə: əməköməci çiçəyinin dəmlə-
məsi bir çox xəstəliklərin dərmanıdır. Bərk soyuqlayan, qançır,
sətəlcəm, qanlı bəlğəm, nəfəs yollarının bəzi şişlərinin, mədə-
bağırsaq, qurd, qaraciyər şişinin, öd kisəsi ağrılarının
müalicəsinə çox kömək edir. Əməköməci çiçəyini qurudub, il
boyu da istifadə etmək olar. Əməköməci dəmləməsini 15-20
gün, hər gün yeməkdən əvvəl üç dəfə qəbul etmək məsləhətdir.
Aqillərin inamına görə: şəkər çuğundurunun kökünü,
yarpağını bişirib yemək, həm soyuqdəyməyə, qanlı bəlğəmə,
həm də kəskin dalaq, böyrək ağrılarını müalicə üçün
əhəmiyyətlidir.
Aqillərin inamına görə: yerkökü bir çox dərdin dər-
manıdır. O, mədəni möhkəmlədir, sinə ağrısını azaldır, göy,
quru öskürəyin müalicəsini asanlaşdırır, böyrək ağrılarına
kömək edir. Yerkökünün mürəbbəsi əhvalsız, bədgüman
adamların əhvali-ruhiyyəsini qaldırır, tərəfləri aktivləşdirir,
bədənin zəifliyinin qarşısını alır. Mədə, qaraciyər xəstəli-
yinin müalicəsinə də yaxşı təsir edir.
Dostları ilə paylaş: |