Aqillərin inamına görə: Novruzun axır çərşənbəsində
kim niyyət edib başına üç dəfə duz dolandırıb yanar ocaq
üstə səpsə, o adamın niyyəti yerinə yetər, ona göz dəyməz,
pis söz, pis gözdən uzaq olar.
Aqillərin inamına görə: Novruzun son çərşənbəsində
il təhvil olarkən, anadan olan uşağın anası-nənəsi, atası-ba-
bası (ancaq bu adları çəkilən adamlardan biri) onun qulağına
nə pıçıldasa, Allahın adını çağırıb nə niyyət-arzu diləsə, o
uşağa arzu edilən niyyət başa çatar, uğurlu olar.
Dostları ilə paylaş: |