Aqillərin inamına görə: hansı evin qarşısında öz-özü-
nə dağdağan, saqqız, xan çinar, əncir, qarağac, nar, alma
ağacı bitərsə, o ev ocaq sayılar. O ailəyə bədnəzər, dəyməz,
o ev bərəkətli olar.
Aqillərin inamına görə: kim dağdağan, saqqız, əncir,
xan çinar ağaclarını kəsib ocağında yandırsa, o ailənin öv-
ladları xoşbəxt olmaz, xəstə olar, uğuru üzünə gülməz, ailə-
dən tez-tez ölü çıxar. Başı yasdan açılmaz. Evdə bərəkət
olmaz, borc-xərcdən başı açılmaz.
Aqillərin inamına görə: kimin uğuruna yalquzaq (boz
qurd) çıxarsa, ona salam verib uğur diləsə, o şəxsin çıxdığı
uğur uğurlu olar. İstək-arzusu, niyyəti baş tutar.
Aqillərin inamına görə: kim uzun ömürlü ağac əkər-
sə, o nəslin övladlarının da ömrü uzun olar.
Aqillərin inamına görə: kim ocaq ağaclara axşam-
səhər baş əyib, salam versə, uğuru xeyir tapar.
Aqillərin inamına görə: kim dağdağan, qarağac, sö-
yüd, xan çinar, zoğal, tut, nar, göyrüş (vən), cökə, alma, ar-
mud, şam ağaclarının kölgəsində yatsa, yuxusu şirin olar.
Kim əncir, cəviz (qoz), fındıq ağaclarının kölgəsində yatsa,
yuxudan qalxanda başı ağrıyar, özünü yaxşı hiss etməz.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|