Aqillərin inamına görə: kim Novruzda il təhvil olu-
nanda, axar sudan bir cam pak su götürüb yurd salacağı, yeni
tikəcəyi evin yerində həmin anda – saat on iki radələrində
bel sancıb ev yerinə pak su çiləsə, bir ovuc taxıl (buğda,
arpa, qarğıdalı, duyü, darı) səpsə və ürəyində niyyət tutsa,
niyyəti qəbul olunar, tikdiyi ev uğurlu olar. Ö evdə həmişə
əmin-amanlıq olar.
Aqillərin inamına görə: Novruzda il təhvil olunarkən
dünyasını dəyişən adam ən xoşbəxt adam sayılır. O adamdan
sorğu-sual olmur. Belə adamlar cənnətlik olur.
Dostları ilə paylaş: |