Aqillərin inamına görə: Qurban bayramı günü kim
niyyət edib kəsilən qurbanlığın ətinin suyundan bir fincan
(dolça) içsə, gələn Qurban bayramına qədər niyyəti uğurlu
olar, Allah tərəfindən qəbul olunar.
Aqillərin inamına görə: kim Novruzun son çərşən-
bəsində gün çıxandan, ta o biri gün çıxana qədər ürəyində niy-
yət tutub yatmazsa, il təhvil olarkən axar sudan gətirilən sudan
içib, əl-üzünü yuyarsa, ürəyində tutduğu niyyət qəbul olunar.
Aqillərin inamına görə: kim, Novruzda ilin təhvilində
əlində dolçada axar sudan gətirilən pak su ilə bayıra çıxıb, gör-
düyü ilk ulduza: – "Ey fələyin baxan gözü! Sən mənim arzu-
istəyimi, niyyətimi uğurlu elə," – deyərsə səhər gün çıxana
kimi yatmayıb, dan açılanacan ulduz cilvələnib, pardaqlanıb
ziyasını gur göstərərsə, həmin adamın niyyəti qəbul olunar.
Aqillərin inamına görə: kim Novruzda anadan olan
oğlan uşağı il təhvil verilərkən axar pak sudan gətirilmiş su ilə
yalquzaq ağzının qıyası və diş sümüyünün ilıq suyunda
çimizdirilərsə, o uşağın gözü iti, özü sağlam, qüvvətli, uzun
ömürlü, bəxti uğurlu olar. Getdiyi uğurdan yarıyan, sözü
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com