Nübar Həkimova ___________________________________
134
keçən olar. Savadlı, elmli olar. Ahıllığında yaşadığı el-obanın
aqil müdriyi olar. Hamı onun məsləhət-məşvərəti ilə razılaşar.
Aqillərin inamına görə: Novruzda il təhvil olarkən,
ilk dəfə hamilə olan gəlin axar sudan gətirilmiş bir cam pak
suyu götürüb əkin-səpinə, bağ-bağçaya çıxsa, əl-üzünü yu-
yub saçına vursa, başına daraq çəksə, pak suyu niyyət tutub
çiləsə, niyyəti baş tutar, əkin-səpin bol, bağ-bağça barlı olar.
Gəlinin ilk niyyəti də qəbul olunar, arzu-istəyinə çatar.
Dostları ilə paylaş: |