Nübar Həkimova ___________________________________
136
Aqillərin inamına görə: hansı heyvanın boynuna,
buynuzuna yalquzaq dişi asılarsa, o heyvana göz dəyməz,
südü çox və yağlı olar. Buynuzunda, boynunda yalquzaq dişi
asılan inəyə, qoyuna, keçiyə, camışa, ata qurd toxunmaz.
Aqillərin inamına görə: hansı evin qapısının astana-
sında, doqqazında, qoyun sürüsünün, qoyun yatağının ağzın-
da qoç buynuzu qoyularsa o ailəyə, onun sürüsünə, mal-qa-
rasına bədnəzər toxunmaz. Sürüsünün, mal-qarasının damaz-
lığı artar, pis gözdən, pis sözdən iraq olar.
Dostları ilə paylaş: |