Aqillərin inamına görə: bədənində, əl-ayağında yanıq
olan şəxslərə yumurta ağını gündə üç dəfə yara olan yerə
yaxmaq məsləhətdir.
Aqillərin inamına görə: zəhər içmiş, zəhərlənmiş, ilan
çalmış adamlara çuğundur qızardıb yemək məsləhətdir. Bu
zəhərlənmənin qarşısını alır.
Aqillərin inamına görə: yara hoylananda, şişəndə
gündə üç dəfə yaranın üzərinə qurudulmuş, narın döyülmüş
reyhan tozu səpmək məsləhətdir.
Aqillərin inamına görə: küt ağrılı sancını kəsmək
üçün qızdırılmış şal, cuna ilə ağrı buran yeri bağlamaq məs-
ləhətdir.
Aqillərin inamına görə: öskürəkdən əziyyət çəkən
adamlara bir neçə (iki-üç) baş soğanı ocaqda bişirib isti-isti
yemək məsləhətdir. Bu, sinə ağrısına, soyuqlamaya da
dərmandır.
Aqillərin inamına görə: çox su içməmək, yanğının
qarşısını almaq üçün əncir yemək məsləhətdir.