145
qəbul etmək də məsləhətdir.
Aqillərin inamına görə: səsi batan, xırıltı ilə danışan
adamlara yağlı toyuq ətindən hazırlanmış bir qab bulyonu,
20-25 dəqiqə keçəndən sonra bir fincan təzə qaynanmış ilıq
suda qəndi kəmşirin edib içmək məsləhətdir.
Aqillərin inamına görə: arıq, cələfsiz adamların kö-
kəlməsi üçün lobyanı zeytun yağı ilə bişirib yemək məslə-
hətdir.
Aqillərin inamına görə: sinəsində möhkəm xışıltı,
bərk öskürəyi olan adamlara 15-30 gün, gündə üç dəfə ye-
məkdən əvvəl nar çiçəyini dəmləyib bir çay qaşığı bal ilə
qarışdırıb içmək məsləhətdir. Bu xəstəliyə tutulanlara bir də
dəymiş moruğu bal ilə qarışdırıb 15-20 gün yeməkdən əvvəl
üç dəfə yemək məsləhətdir.
Aqillərin inamına görə: mədə həzmindən əziyyət çə-
kənlərə yaz yağışının suyunu təmiz qaba yığıb sonra hər dəfə
yeməkdən əvvəl həmin sudan bir fincan içmək məsləhətdir.