__________________________________ Nübar Həkimova
153
Çox təəssüf ki, xalqımızın zəngin şifahi xalq yaradıcılığı ki-
mi, loğmanlarımızın bizə miras qoyub getdikləri xalq təba-
bəti də külli halda toplanmamış, nəfis tərzdə çap olunub, bu
günə qədər elin stolüstü kitabına çevrilməmişdir.
Qədirbilən oxucularım təqdim etdiyim bu kitabımda
müdrik loğmanlarımızın verdiyi tövsiyələrdə insan or-
qanizmi üçün qorxulu heç bir kimyəvi olmadığını, illər boyu
onlardan istifadə edildiyini nəzərə alaraq onların bir pa-
rasından nümunə verməyi məqsədəuyğun hesab edirik.
Sözsüz bir təbib deyilik, qarşımızda da elə bir məqsəd qoy-
mamışıq ki, kitabda verilən bu tövsiyələrdən müalicə
vasitəsi kimi istifadə olunsun. Bu, respublikamızın müdrik
loğmanlarının işidir.
Bizə elə gəlir ki, loğman babalarımızdan, nənələrimiz-
dən nümunələr verdiyimiz ağartı məmulatları, meyvə,
bostan-tərəvəz, ot, çiçək, ədviyyat, xəstəlik və s. haqqında
məlumatlar hər kəsə gündəlik məişətindən tanışdır. Ulu loğ-
manlarımızın bu müalicə üsulları təbiblərin elmi-təcrübi
dünyagörüşlərini araşdırmaq baxımından çox maraq doğura-
caq.
Yabanı yeməli tərəvəz bitkilərinin 90%-dən çoxuna
Naxçıvan MR-in, Talışın, Azərbaycanın Böyük Qafqaz və
Kiçik Qafqaz ərazilərində rast gəlmək olar. Onların bir çoxu
tərəvəz, çörək, yarma, nişasta əhəmiyyətli, kofe təbiətli,
zülal və şəkər xüsusiyyətli, ətirli, xoş dada malik bitkilərdir.
Hazırda yabanı tərəvəz bitkilərindən yeyinti sənayesində
cüzi miqdarda və plansız surətdə istifadə olunur. Nahar
zamanı süfrəmizdə yolotu, təpəotu, mələkotu, əvəlik, uşqun
(rəvənd), qazayağı, baldırğan şirəsi, çaşır, çiriş, gicitkən,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|