155
dan hazırlanan məhsullardan süfrəmizdə ətirli və ləzzətli xö-
rəklər, salatlar, şirələr, şərbətlər, qəhvə və çay içkilərindən
daha çox olsun.
Gənc və yaşlı nəsillər, mütəxəssislər yabanı tərəvəz və
ədviyyat bitkilərindən qida kimi istifadə etməyin yollarını
öyrənməklə yanaşı, onların qorunub artırılmasına da fikir
verməlidirlər.
Aparılan elmi-tədqiqat işləri nəticəsində məlum ol-
muşdur ki, yabanı yeməli tərəvəz və ədviyyat bitkilərindən
müxtəlif növ xörəklər hazırlayarkən onların tərkibindəki
mikroelementlər, vitaminlər, efir yağlan və ətirli maddələr
dəyişmədən öz faydalı xüsusiyyətlərini uzun müddət saxla-
yırlar.
Bir sıra yabanı yeməli bitkilərdən qida və müalicə
məqsədləri üçün pəhriz xörəklərinin hazırlanmasında da isti-
fadə olunur. Hazırda Azərbaycanın müxtəlif rayonlarında
50-dən artıq yabanı tərəvəz bitkisi xalq arasında qida və
müalicə məqsədləri ilə tətbiq edilir.
Bu sərvətlərdən ekoloji cəhətdən təmiz xörəkləri pəhriz
və müalicə məqsədləri üçün istifadə etmək günün ən vacib
məsələlərindən biri olmalıdır. Ona görə də qida məqsədləri
ilə istifadə olunan yabanı tərəvəz bitkiləri elmi-tədqiqat qida
institutlarının laboratoriyalarında və klinikalarda ətraflı öyrə-
nilməlidir. Bu işdə dietoloqlar, sanitariya-gigiyena sahəsində
çalışan mütəxəssislər, kimyaçılar, bioloqlar, texnoloqlar,
toksikoloqlar, farmakoloqlar, aşpazlar və s. böyük fəallıq
göstərməlidirlər.
Yabanı bitkiləri qəzaya uğramış xəstələrə verməyi da-
ha çox məsləhət görürlər. Müharibə, dəniz ekspedisiyaları,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com