146
qaynadıb qarqara etmək yaxşı nəticə verir.
Diş ağrısını kəsən vasitələrdən biri də qənd yanığıdır.
Bu zaman qəndi od üzərində əridərək ona bir qədər dö-
yülmüş qara istiot qatır və sonra dişin oyuğuna qoyurlar. Bu
üsul ağrıları kəsir.
Diş ağrısını keyləşdirici vasitə kimi batabat toxumun-
dan da istifadə etmək yaxşı nəticə verir.
Ürəyi xəstə olanlar çox duz və su işlətməkdən çəkinməli,
müntəzəm olaraq limon və ya limon şirəsi işlətməlidirlər.
Zəfəran ürəyi və mədəni qüvvətləndirir.
Ürək zəifliyi zamanı kök, çuğundur, başqa tərəvəz və
göyərtilər işlətmək
məsləhət görülür.
Qızılgülün suyunu içmək ürəyi möhkəmləndirməklə
yanaşı ürək döyüntüsünü də azaldır, gülab içmək bütün da-
xili orqanlar üçün faydalıdır.
Ürək döyüntüsü üçün ən yaxşı dərman kərə yağı və be-
çə balı məsləhət görülür.
Təngnəfəslikdə dəvə südü ən yaxşı dərman hesab edi-
lir. Buna qarşı müalicədə heyva şirəsi, quru əncir suyu və
ilıq hala gətirilmiş üzüm sirkəsi də xüsusi qeyd edilməlidir.
Xörəkdə darçın işlətmək nəfəs yolunu genişləndirir.
Ürəkkeçmə zamanı süsən iyləmək məsləhətdir.
Ürəkkeçmə zamanı turş narı sıxıb, yarısı qədər şəkər
qataraq, süzgəcdən keçirib istifadə etmək məsləhətdir.
Ürəkkeçmədə bal şərbəti içmək məsqədəuyğundur.
Qanazlığı üzüm və üzüm şirəsi işlətməklə müalicə
olunur.
Qanazlığı olanlara çiyələk vaxtı hər gün 300-500 qr
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com