Əzgil
Müalicəvi əhəmiyyəti babalarımıza çox qədimdən
məlumdur. Əzgil qarın ağrısı, ishal, mədə-bağırsaq xəstəlik-
lərinə qarşı effektlidir. Böyrəklərdə, sidik yolunda əmələ
gələn daşları, duzları əridir, ağrıları azaldır. Əzgil ümumi
halsızlığı aradan qaldırır, iştahanı artırır, ağız boşluğunda
qurumanın qarşısını alır, ağızda şirə vəzisinin fəaliyyətini
tənzimləyir, şəkərli xəstələrə yaxşı təsir göstərir.
Heyva
Göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar
fəaliyyətinin artırılmasında, böyrək və sidik cinsiyyət orqan-
ları iltihabının müalicəsində heyvanın böyük əhəmiyyəti var-
dır.
Heyva toxumunun, çöpünün dəmləməsi mədə-bağır-
saqda olan səpgilərin, tənəffüs orqanlarının, böyrək ağrıları-
nın müalicəsinə çox yaxşı təsir edir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|