Nübar Həkimova ___________________________________
162
Zoğal
Zoğal bitkisindən (meyvəsindən) insanların qida kimi
istifadə etməsinin başlanğıcı bilinməyən qədim tarixi vardır.
Lakin yazılı mənbələrdə zoğal meyvəsindən istifadə olun-
masının 5 min illik tarixi olduğu göstərilir.
Zoğalın kimyəvi tərkibi. Zoğalın qabıq hissəsindən
6,25-8,1% aşı maddəsi, üzvi turşular, budaqlarından 5,84%
aşı triterpenoidlərdən ursol turşusu, yarpaqlarından sulu
karbohidratlar, C vitamini, fenolkarbon turşularından qal,
ellaq turşuları, 7-17,6% aşı maddəsi, kversetin, kempferol
flavonoidləri, çiçəyinin tərkibindən fenolkar-bon turşuları və
onların törəmələrindən qall və ellaq turşuları, rutin, izok-
versetin, kversitin (3- β karotin, α -karotin), kversetin, mey-
vəsindən sulu karbohidratlar, saxaroza, 0,63-1,44 pektin,
alma, çaxır, qlioksal üzvü turşuları, karotinoid maddələri, C
vitamini, 0,13-0,89% aşı maddələri, leykoanosianlar, delfi-
nidin, sianidin, peonidin, malvidin, 3-ramunorilqallaktozid,
3-qalaktozid sianidin, 3-qalaktozid delfi-nidin, 3-qalaktozid
və 3-robinobiozid pelazqonidin (3-raninorilqalak-tozid pe-
lazqonidin), şirəsindən alma turşusu, C vitamini, aşı maddə-
lərindən – katexin, epiqallokatexin, epikatexin, sianidin,
plazqonidin, toxumlarından 8,9% aşı maddəsi, 5,6% piyli
yağ və s. maddələr aşkar edilmişdir.
Dostları ilə paylaş: |