210
yuxarı tənəffüs yollarının xəstəliklərində kartof buxarının
müalicə təsirini dəfələrlə şahidi olmuşuq. Üzün dərisi
gündən quruduqda, yaxud yandıqda dərini yumşaltmaq üçün
üzə kartofdan maska qoyurlar. Bunun üçün kartofu qabıqlı
bişirir, sonra qabığını soyur, əzir, qaymaqla qarışdırıb,
alınmış sıyığı ilıq ikən üzə sürtürlər. Dərini qidalandırmaq,
həm də müalicə məqsədi ilə ancaq sağlam, xarab olmamış
kartofdan istifadə etmək olar. Çox cücərmiş və yaşıllaşmış
kartofu işlətmək məsləhət deyil.
Kartofdan hazırlanan şirə ilə bir sıra xəstəliklərin – so-
yuqdəymələrin, yaraların müalicəsində, spazmanın aradan
qaldırılmasında, həmçinin arterial təzyiqin aşağı salınma-
sında istifadə edilir. Kartofun tərkibində asan həzm olan
şəkər maddəsi kartof bişirilən zaman nişastaya çevrilərək
ehtiyat halında orqanizmdə toplanır. O şəxslər ki, zöhrəvi
xəstəliklərə tutulub və eləcə də cinsi ehtiraslara kəskin meyl-
lidirlər, onlara öz qidalanmasında kartofdan istifadə etmək
məsləhət görülmür. Kartof şirəsi dəridə baş verən ləkələrin
müalicəsində də geniş istifadə edilir. Bu da şirənin tərki-
bində çoxlu miqdar K, S, P və Cl elementlərinin olması ilə
izah edilir. Buradan aydın olur ki, kartof yalnız «ikinci çö-
rək» olmayıb, həm də qiymətli dərman və texniki bitki sa-
yılır. Kartofdan hazırlanan sıyıqlardan, maska və nişasta tər-
kibli vitaminli mazlardan kosmetikada geniş istifadə edilir.
Hazırda dünyada kartofun yüzlərcə məhsuldar və xəs-
təliyə davamlı sortları əldə olunmuşdur. Respublikamızın
əhalisinin kartofa olan tələbatını nəzərə alıb, onun geniş əkin
sahələrini genişləndirmək lazımdır. Kartofu Azərbaycanın
bütün iqlim zonalarında əkib becərmək olar.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com