__________________________________ Nübar Həkimova
207
Kartof
Qədim dövrlərdə insanlar kartofdan uzun müddət qida
kimi istifadə etmək sirlərinə bələd olmadıqlarına görə ondan
(qida kimi) ərzaq kimi istifadə etmirdilər. Az sonra kartof-
dan nişasta almaq məqsədilə istifadə olunmağa başlanmışdır.
Rusiyada ilk dövrlərdə kartofa «Şeytan meyvəsi» deyirdilər.
Sonradan Kartofdan ləziz xörəklərin hazırlanma sirlərini
öyrənib ondan istifadə etməyə başladılar. Ruslar kartofu
ikinci çörək adlandırdılar.
Müxtəlif ölkələrin xalqları kartofu bir neçə adla çağı-
rırlar. Məsələn, ispanlar hinduların dili ilə «papa», islandi-
yalılar göbələyə oxşar olduğuna görə «tryuflya», «tartuf-
foli», ingilislər «irlandiya batatı», fransızlar «tomm de terr»
– «yer alması» və s. adlarla çağırırlar. Rusiyaya kartof
İspaniyada əkildikdən bir əsr sonra gəlib çıxmışdır.
Kartof qida əhəmiyyətli, dərman xüsusiyyətli, texniki,
bəzək və nektar təbiətli bitki sayılır. Kartofun kökyumru-
larının tərkibində insan orqanizmi üçün lazım olan zəngin
bioloji-aktiv maddələr vardır. Belə ki, onun kökyumrusunda
76,3% su, 23,7% quru maddə, 17-20,7% nişasta, 0,5-0,8%
şəkər, 1-2% zülal, 1%-ə qədər mineral maddələr, o cümlədən
12-15 mq% Ca, 400-500 mq% K, 45-50 mq% P, 1 mq% Fe
və s. tapılmışdır. Bundan əlavə, tərkibində C, B, B
2
, Bc, D,
PP, K, E, U, karotinoid və s. maddələr aşkar edilmişdir.
İnsan orqanizmi C vitamininə olan tələbatının yarısını
kartofla təmin edir, zülal maddəsi yüksək bioloji əhəmiyyətə
malikdir.
Kartofun sarı sortları karotinlə daha zəngindir, buna
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|