203
baş verən iltihabın aradan qaldırılmasında istifadə olunur.
Toxumlarından hazırlanan cövhərlərdən böyrək və sidik
kisəsindən daş və qumun kənar olunmasında istifadəsi, duz
mübadiləsi pozulduqda isə daxilə qəbul edilməsi məsləhət
görülür.
Yerkökü qanazlığı, ürək-damar, böyrək xəstəliklərinə
yaxşı təsir göstərir, bədəndə olan zərərli mikrobları məhv
edir. O, bəlğəm, göyöskürəyin müalicəsində effectlidir. Bu-
nunla yanaşı yerkökü sidik yollarının təmizlənməsinə və
böyrəyin fəaliyyətinə də kömək edir, mədəni möhkəmlədir,
həzmi yaxşılaşdırır. Yerkökü mürəbbəsi əhvali-ruhiyyəni
yüksəldir, tərəfləri fizioloji cəhətdən aktivləşdirir. Bədəndə
baş verən süstlüyün qarşısını alır, bədəni gümrahlaşdırır,
müqavimətini artırır. O, həmçinin qaraciyərin fəaliyyətini
tənzimləyir, bağırsaqları yumşaq saxlayır, ifrazı asanlaşdırır.
Dişdibi ətlərinin müalicəsinə yaxşı təsir göstərir, ağız qu-
rumasının qarşısını alır, tüpürcək vəzisini tənzimləyir, iştah-
sızlığı aradan qaldırır, gözün görmə qabiliyyətini artırır.
Yerkökü şirəsi qəbul edən adamın sifəti duru olur. Hamilə
qadınlara yerkökü şirəsi qəbul etmək məsləhətdir.
Kökdən hazırlanmış maskalardan kosmetikada geniş
istifadə olunur. Qırmızı rəngli kök meyvəsinin tərkibində
çoxlu karotin olduğuna görə, onu nazik hissələrə bölür və
irinli yaraların, yanıqların üzərinə qoyub müalicə edirlər.