Pomidor
Adi pomidor – Bu, birillik ot bitkisi olub, mədəni hal-
da geniş surətdə əkilib-becərilir. Yarpaqları lələkşəkilli par-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
204
çalanandır, çiçəkləri sadə və yaxud mürəkkəb olub, tacı sa-
rımtıldır. Meyvəsi giləmeyvə olub ətli, şirəli və çoxtoxum-
ludur. Pomidorun vətəni Cənubi Amerika hesab edilir.
Meyvəsindən təzə və konserv halında qida kimi geniş
surətdə istifadə edilir. Birinci dəfə pomidor hindu tayfaları
tərəfindən Peruda mədəni halda əkilib becərilmişdir. Oradan
da, şimala doğru yayılaraq Meksikaya qədər gəlib çıxmışdır.
XVI əsrin ortalarında pomidor İspaniyaya gətirilmiş, oradan
da Avropa ölkələrinə yayılmışdır.
Birinci dəfə pomidordan bəzək bitkisi kimi istifadə
edilmiş, sonralar dərman bitkisi kimi əkilib becərilmişdir.
Nəhayət, XIX əsrdə qida kimi istifadə edilməyə başlan-
mışdır. Avropalılar pomidorun qida və müalicəvi xüsu-
siyyətləri haqqında biliklərə yiyələndikcə, bu bitkiyə maraq
ildən-ilə artmağa başlanmışdır. İlk anlar rus xalqı bu bit-
kidən qida kimi istifadə etməyə çox ehtiyatla yanaşmış, uzun
müddət tərəddüd etmiş və onu «quduz giləmeyvə» ad-
landırmışlar. Ona görə də pomidordan uzun müddət qida
kimi yox, ancaq müalicə məqsədləri üçün istifadə etmişlər.
Buna görə də Krımda, Volqanın aşağı sahələrində Astraxan
vilayətində pomidoru dərman bitkisi kimi əkib becərməyə
başlamışdılar. Pomidor meyvəsindən müvəffəqiyyətlə müx-
təlif növ çibanların müalicəsində istifadə etmişlər. XIX əsrin
axırlarında isə pomidordan qida kimi istifadə edilməyə baş-
lanmışdır. Bu dövrdən başlayaraq pomidordan şi, şolyanka,
borş, ət xörəklərinin, quş, balıq, istənilən salat növlərinin
tərkibinə iştahaçıcı ədviyyat kimi əlavə etməyə başlamışlar.
Hazırda pomidordan qida kimi dünyanın əksər ölkələrində
istifadə edilir. Pomidorun meyvəsinin tərkibində 95% su, 6%
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|