Nübar Həkimova ___________________________________
202
7,60 mq% Sr, 0,48 mq% Pb, 67,20 mq% B, 0,09 mq% J,
3,90 mq% Br mikro-elementləri vardır. Bundan əlavə,
meyvələrdə vitamin qruplarından 25 mq% A, B„ B
2
, B
6
, D,
H, E, K və PP, piy və efir yağı, flavonoid birləşmələri,
fizioloji fəal maddələrdən – sterol, lesitin və s. fermentlər
tapılmışdır. Kökümsovu adi və bişirilmiş halda istifadə
edilir. Bunu xırda-xırda doğrayıb ədviyyat kimi bir çox
xörəklərin və qida məhsullarının tərkibinə qatqı kimi əlavə
edirlər.
Kökdən alınan karotin, şirə və cövhərlər bir çox xəstə-
liyin sağalmasına müsbət təsir göstərir. Bunlardan qanaz-
lığında və hipertoniya xəstəliyində və eləcə də südü az olan
qadınlar istifadə edə bilərlər. Kökün sellüloz hissəsindən isə
orqanizmdə əmələ gələn xolesterinin kənar edilməsində isti-
fadə olunur, qırmızı rəngli kökdən alınan karotinoid piy, kə-
rə və marqarin məhsullarının rənglənməsində tətbiq olunur.
Toxumun tərkibində 13% yağ, 1,6% efir yağı vardır.
Çiçəklərinin tərkibindən antosian və flavonoid maddələri,
yaşıl hissəsindən isə karotin və s. alınır.
Kökün toxumlarından hazırlanan daukarin preparatın-
dan qıcolmada və qan damarlarının genişlənməsində istifadə
olunur.
Tərkibində zəngin vitaminlərin olması ondan avitami-
nozda, qanazlığında, ürək-damar xəstəliklərində, eləcə də
qaraciyər, böyrək xəstəliyində, görmə pozğunluqlarında,
qəbizlikdə və s. istifadəyə imkan verir. Xalq təbabətində
yerkökünün meyvələrindən alınmış şirəni bal ilə qarışdırıb
(1:1 nisbətində) soyuqdəymədə, mədə-bağırsaq pozğunluq-
larında istifadə edilir. Bundan əlavə, onun şirəsindən ağızda
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|