__________________________________ Nübar Həkimova
215
zaman maksimuma, meyvə verən zaman isə minimuma çatır.
Bu da bizim ilk dəfə qeorqin çiçəkləri üzərində apardığımız
elmi nəticələrlə üst-üstə düşür. Çiçəklərinin tərkibindən C
vitamini, rutin meyvəsindən isə C, K, RR və karotin vita-
minləri, kversetin, hiperin, rutin flavonoidləri, xrizofanol,
emodin, fission antraxinonları, toxumundan flavonoid, 5%-ə
qədər piyli yağ maddələri tapılmışdır.
Adi əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləmə-
sinin köməyi ilə daxili qanaxmalarda, yaş sarğı kimi dəri
xəstəliklərində, sidik tutulmalarında, bəd xassəli şişlərin
müalicəsində, keçmiş SSRİ-də, o cümlədən bir sıra Qərbi
Avropa ölkələrinin elmi təbabətində ödqovucu, işlədici dər-
man kimi, habelə dəridə əmələ gələn göbələk xəstəliklərini,
irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə
qızdırma, sinqa, qaşınma, revmatizm və bəd xassəli xərçəng-
də istifadə edilir. Yarpaqlarından vitamin «iksirləri» hazır-
lanır. Təzə dərilmiş yarpaq və dəmləməsindən sinqa, lax-
layan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan
kəskin irinli yaraların müalicəsində, şirəsindən antiseptik,
zəhərlənmə əleyhinə geniş istifadə olunur. Meyvəsindən
alınan cövhər büzüşdürücü, qan-kəsici vasitə kimi işlədilir.
Toxumu yetişən ərəfədə mal-qara üçün təhlükəli olub,
zəhərlənmə yaradır.
Spanaq əvəliyi zəif turşu və vitaminlə zəngindir. Pəhriz
xörəklər hazırlamaq üçün əvəzolunmaz bitkidir. Bunun yaşıl
kütləsinin tərkibindən quzuqulağı turşusu, B„ B2, C, K, PP,
krotin vitaminləri, 10-12%-ə qədər aşı maddəsi, 5%-ə qədər
flavohoid maddələrindən kversetin, hiperin, rutin, xri-
zofenol, emodin, fission antarixananlar kök hissəsində K
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|