Nübar Həkimova ___________________________________
216
vitamini, 7-15%-ə qədər antraxinon maddələri, yerüstü
hissəsindən 12%-ə qədər quzuqulağı turşusu, B, C, E, krotin
vitaminləri, prokatexin, kafeyin, xlorogen, qala turşuları,
yarpaqlarının tərkibində quzuqulağı turşusu, C, K, PP krotin
vitaminləri, 5-5,4% hiperin, rutin, vitteksin maddələri,
meyvə əmələ gələn zaman daha çox toplandığı halda,
hamaşçiçəklərinin tərkibindəki antosian fıssin, C vitamini,
karotin meyvəsinin tərkibində xrizofanol, aloe-emodin,
emodin, fission və s. maddələr tapılmışdır.
Bundan başqa əvəliyin tərkibindən 2 mq'%* Fe, 0,6
mq% Cu, 0,13mq% F, 9mq % Mn, 1,5 mq % Zn, 0,19 mq %
Mo, 0,62 mq % Ni, 0,02 mq % As, 10 mq % St, 140 mq %
Na, 579 mq % K, 36 mq % Mg və s. mikroelementlər aşkar
edilmişdir.
Turştəhər əvəliyin dəmləməsindən diş qanaxmalarının
kəsilməsində, sidik tutulmalarında, bəd xassəli xərçənglərin
müalicəsində, bir sıra Avropa ölkələrində və eləcə də Tibet
təbabətində – dizenteriya, babasil, vərəm və s. xəstəliklərin
müalicəsində geniş istifadə olunur.
Qumral əvəlik. Bu, çoxillik ot bitkisinin hündürlüyü
50-100 sm-dir. Gövdəsi möhkəm, dikduran, çılpaq, çox da
dərin olmayan şırımlardan ibarət olub, qırmızı rənglidir.
Kökü şaquli, yoğun, iyvandır. Yarpaqları, möhkəm qalın,
uzunsov, lanset-varı, lanset və yaxud uzunsov xətvandır.
Çiçəkləri ikievli, çoxlu çiçək dəstəsindən ibarət olub, qısa
süpürgəvarıdır.
Bunun kökünün tərkibində C və K vitamini, 3-14,9 %
aşı maddəsi ən çox meyvə veren zaman toplanır, 0,73-4,2 %
antraxinon maddələri, kökümsovunun tərkibində qlükoza,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|