219
hissədən 5-10 ədəd iri yarpaqlar bir-birinə sarılaraq
birləşmişlər.
Yetişmiş toxumları üçüzlü, yumurtaşəkilli, qırışıq, qa-
ramtıl rənglidir. Çiçəklənməsi may ayından başlayaraq bütün
yay boyu davam edir.
Xalq təbabətində qara çörək otundan çay dəmləyib, si-
dikqovucu, ödqovucu və zəif işlədici, eyni zamanda uşaqlı
qadınların süd vəzilərinə müsbət təsir göstərən, süd artıran
vasitə kimi geniş istifadə edirlər. Bundan əlavə, toxum-
larından mədə xəstəliklərində, qadın qanaxmalarında geniş
istifadə edilir.