220
piyli yağ, 15,30 < protein, 9,17-15,20 mq.% kül və s.
maddələr aşkar edilmişdir. Ətirli tama malik olduğundan,
yerli əhali tərəfindən tədarük edilərək, duza və turşuya qo-
yulur. Ləziz ədviyyat kimi süfrəyə verilir. Çaşırdan hazır-
lanmış ədviyyat məhsulları vitaminlərlə zəngin olmaqla
yana; həm də iştah artırıcı və həzm yaxşılaşdırıcı xüsusiy-
yətə malikdir. Çaşırın bir neçə növündən də ədviyyat kimi
istifadə etmək olar.
Cəfəri
Qədim yunanlar cəfərini uzun müddət müqəddəs bitki
kimi qoruyub saxlamış və uzun müddət ondan tərəvəz və
ədviyyat kimi istifadə olunmasına icazə verməmişlər.
Cəfəri zəngin kimyəvi tərkibinə görə digər tərəvəz və
meyvələrdən fərqlənir.
Onun yaşıl kütləsinin tərkibindən çoxlu miqdarda vi-
tamin, makro və mikroelementlər aşkar olunduqdan sonra
dietoloqlar cəfərini kökdən sonra ikinci yerə yerləşdirmişlər.
Qədim Roma və yunan xalqları hələ bizim eradan
qabaq cəfəridən müalicə və ədviyyat bitkisi kimi geniş isti-
fadə etmişlər. Dərman bitkisi kimi də qədimdən məlumdur.
Cəfəri bağırsaqları yumşaldır, təri qovur, ağrıları sakit-
ləşdirir, yeni əmələ gələn xərçəng, şişlərinin sorulub sağal-
dılmasına kömək edir, öskürək zamanı nəfəs almanı asan-
laşdırır, qara ciyər və selikli toxumanın fəaliyyətini
normallaşdırır və s.
Onun cavan yarpaqlarından ət, balıq, şorba, borş bişi-
rilməsində və tərəvəzdən hazırlanmış müxtəlif xörəklərin
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com