269
olunur.
Qatıqdan hazırlanmış ağartılar – pendir, süzmə, ayran,
dələmə, atlama, süddüsümən, körəməz və s. müalicəvi
əhəmiyyətə malikdir. Qatıq mədə-bağırsaq xəstəliklərinin
müalicəsində yaxşı təsir göstərir.
Qatıq saçın gur, təmiz saxlanılması üçün də gərəklidir.
Müdrik nənələrimiz saçlarını uzatmaq üçün saç dibində
qovağın (kəpək) olmaması üçün qatığı yumurta sarısı ilə
qarışdırıb saçlarını yumuşlar. Bu, saçı qurumağa qoymur,
saçın dibini bərkidir, saçın vaxtından əvvəl ağarmasının
qarşısını alır, saçda sirkə və bitin olmasına imkan vermir.
Bədəndə yanıq əmələ gələndə, qatıq yaxması müalicəvi
əhəmiyyətlidir. Xüsusilə uşaqlarda qurd xəstəliklərinin
qarşısını almaq üçün 10-15 gün axşam yatmazdan əvvəl və
sübh tezdən onlara bir stəkan tünd sarımsaqlı qatıq içirtmək
məsləhətdir. Bu, həm də dişdibini bərkidir, diş ətinin şişini,
zədələrini müalicə edir. Sarımsaqlı qatıq axşam-səhər içilər-
sə, mədə-bağırsaq xəstəliklərinin qarşısı alınar. Ümumiy-
yətlə, qatıq yeyən adam uzunömürlü, gümrah, görmə
qabiliyyəti yaxşı olur. Üzdə və bədəndə şiş və ya səpgilər
əmələ gələrsə, qatıq və ya süzmədən övkələmə üsulu ilə
təpitmə etmək məsləhətdir. Bunu 2-3 gün, 15-20 dəqiqə
müddətində təkrar etmək məsləhətdir.
Qurud. Qatıq süzməsindən hazırlanır, uzun müddət
xarab olmur. Ən çox maldar-köçəri tayfalara məxsus qidadır.
Qurud diş ətini, ağız boşluğundakı səpgiləri müalicə edir, 84
tüpürcək vəzisinin işini tənzimləyir, iştahanı artırır,
susuzluğu aradan qaldırır. Qaraciyər, mədə-bağırsaq xəstə-
liklərinin müalicəsinə müsbət təsir göstərir. Qurudu sarım-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com