276
keyfiyyətcə üstün hesab olunur. Darçının qabıq hissələrini və
yeni əmələ gələn budaqlarını uzunluğu 1-2 metrə çatan za-
man toplayırlar. Bundan sonra, soyulmuş qabıq hissələrini
iki və üç dəfə buraraq onu boru şəklinə salır və günəş altında
qurudurlar. Qurudulmuş qabıq hissələri nazik və açıq
qəhvəyi rəngdə olur. Çin darçınının qabığında 1-2%-ə qədər
efir yağı vardır. Efir yağının 90%-i darçın turşusunun
aldehidindən ibarətdir.
Darçını dəmləyib içmək susuzluğu, ağız qurumasının
qarşısını alır, oynaqlarda, mədə-bağırsaqda, döş nahiyəsində
baş verən şiddətli ağrıları azaldır, bədənin temperaturunu
tənzimləyir, ağızdan gələn pis qoxunu aradan qaldırır.
Mixək
Mixək ağacının hündürlüyü 10-12 metrə qədər çatır.
Yuxarı hissə piramida formasında, sıx kölgəlik əmələ gətirən
həmişəyaşıl ağacdır.
Yarpaqları qarşı-qarşıya düzülmüş, enli lansetvan, bü-
töv, tünd yaşıl, dərivari parlaqdır. Çiçəkləri budaqların yu-
xarı hissəsində mürəkkəb çətirdə toplanmışdır. Çiçəkləri
parlaq qırmızı rənglidir. Erkəkcikləri çoxsaylı olub, aşağı
hissədə bitişikdir.
Mixəyin vətəni Cənubi-Şərqi Asiyanın bir çox tropik
ölkələri hesab edilir. Buna eyni zamanda Afrikanın şərq
sahillərində, Zanzibar, Yamayka, Braziliya və s. ölkələrin
ərazilərində də rast gəlmək olar.
Mixəkdən ədviyyə və dərman kimi hələ çox qədim za-
manlardan istifadə edirdilər. Ondan müalicə məqsədləri üçün
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com