Ətirli vanilin – Çoxillik, sarmaşan lian bitkisidir. Ətir-
li vanilinin 100-ə qədər növü vardır. O, tropik zonalarda
yayılmışdır.
Becərilən vanilin gövdəsinin uzunluğu 5-10 metrə, ya-
banı halda isə 25 metrə çatır. Əlavə kökləri vasitəsilə ağac-
lara sarmaşır. Gövdəsi silindrvari, ətlidir. Yarpaqları parılda-
yan, iri, oturan və itidir. Çiçəkləri 15-20 ədəd, ağımtıl-sarı
rəngdə olub, hamaşçiçəkdə toplanmışdır. Meyvələri qına-
oxşar qutucuq olub uzunluğu 15-25 sm, eni isə 3-8 sm-dir.
Ətirli vanil bitkisi istilik və kifayət qədər də nəmlik se-
vir. Vətəni sayılan Meksikanın şimal və dağlıq rayonlarında
ən aşağı temperaturda (-3
°
-5
°
), illik yağmur 1500-2500 mm
olan şəraitdə normal inkişaf edib meyvə verir. -5
°
şaxtalı
küləklərə davamsızdır.
Vanil epifit bitki olduğundan onu həmişə kakao ağacı-
nın yanında əkirlər ki, ona dırmaşsın və öz həyatını davam
etdirsin.
Vanil toxumla çətinliklə əkilib-becərilir. Ən çox vege-
tativ üsulla artırılır. Bu üsul ilə əkilib-becərildikdə vanilin 2-
3 ildən sonra meyvə verməyə başlayır. Təbii halda bitən
vanilin həşəratlarla çarpaz tozlanır.
Bir dəfə əkilən vanil sahəsindən 6-7 il yüksək məhsul
alınır. 1 hektar sahədən hər il 150-200 kq məhsul yığılır.
Onun qurudulmuş və fermentləşdirilmiş meyvələrinin
tərkibindən 0,75-2,9 faiz vanilin, 4-oksid, 3-metookil-
benzolaldehidli maddə, 0,5-0,8 faiz efir yağı, selikli və aşı
maddələri tapılmışdır. Yeyinti sənayesində bu maddələrdən
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com