286
meyvə şirələrinin, kompotların hazırlanmasında istifadə
edilir. Bu meyvələrdən müxtəlif növ likörların, içkilərin,
ənənəvi spirtsiz sərinləşdirici məmulatların və s. hazırlan-
masında istifadə olunur. Sitrus meyvələrindən ədviyyat kimi
müxtəlif şirniyyat məmulatların, şorabaların, balıq, quş və
düyüdən hazırlanan xörəklərin tərkibinə qatılır. Mey-
vələrindən meyvə salatların hazırlanmasında geniş istifadə
edilir.
Bundan əlavə, limon meyvələri anginada, avitaminoz-
da çox faydalıdır. Qurudulmuş meyvə qabıqları iştahartırıcı
xassəyə malikdir. Limon şirəsi mədə turşusunun azlığında,
revmatizm və padaqra xəstəliyində məsləhət görülür.