284
lamaq, sonra onu yeməkdən qabaq üç dəfəyə içmək qan
təzyiqini normal hala salır.
Cirə Cirənin toxumları ətirli və müalicəvi xüsusiyyətlərə
malikdir. Quru meyvəsinin tərkibində 2,2-6%-ə qədər efir
yağı vardır ki, bunun da 80-90%-ni anetol təşkil edir. Bun-
dan əlavə, 10%-ə qədər metil-avikol, cirə-keton, cirə alde-
hidi, pinen, kamfen, 18-28 % piyli yağ, 18% zülal, 3-5%
şəkər, furfurol, kafein və xloregen turşuları və s. maddələr
vardır. Cirə yağı şəffaf, rəngsiz, özünəməxsus ətrə və şirin-
təhər dada malikdir. Aşağı temperaturda ağ rəngli kristal
kütləyə çevrilir. Yağından əsasən ətriyyatda və kosmetikada
istifadə olunur.
Yağından naşatırlı cirə damcısı, sinə məlhəmi, gigi-
yena preparatları (diş pastaları, tozları və ətirli su) və s. ha-
zırlanmasında qatqı kimi istifadə edilir. Bundan başqa, cirə
çörək-bulka, unlu qənnadı məmulatında və müxtəlif xö-
rəklərin hazırlanmasında işlədilir. Şorabaya qoyulmuş
xiyarın, pomidorun, tutmanın tamını və keyfiyyətini yaxşı-
laşdırmaq üçün istifadə edilir. İştahı artırmaq üçün də işlə-
dilir. Bunun üçün cirə natamam üyüdülür, xörək duzu qatılıb
nahardan qabaq bir az çörəklə yeyilir. Efir yağından bronxit
və öskürəkdə bəlğəmgətirici vasitə kimi, boğaz vəzilərinin
soyuqdəyməsində, səsin kallaşmasında, zəif görmədə, həzm
olunmanın yaxşılaşdırılmasında və preparatların hazırlanma-
sında istifadə edilir. Xalq təbabətində cirə meyvəsi astmanın
qarşısını alan, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərini
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com