283
zəfərandan ətriyyat və yeyinti sənayesinin bir çox sa-
hələrində, qənnadı məhsulları istehsalında, aşpazlıqla, yağ və
pendir istehsalında və s. istifadə olunur.
Qənnadı sənayesində zəfəran məhsula xoş rəng və ətir
vermək üçün işlədilir.
Azərbaycan kulinariyasında zəfəran əlavə edilməklə
50-dən çox müxtəlif xörək və 10-dan artıq müxtəlif şirniyyat
məmulatı hazırlanır. Milli xörəklərin (plov, piti, bozbaş və
s.) hazırlanmasında zəfərandan daha çox istifadə ediir. Ət və
balıq xörəklərinə zəfəranın sulu məhlulu əlavə edildikdə
həmin məhsullar xoşagələn rəng alır, dadlı, xoş ətirli olur.
Zəfəranın başqa bir əhəmiyyətli növü də vardır. Buna
gözəl zəfəran deyirlər. Bu növ zəfəranın öyrənilməsi ədviy-
yat və qida boyağı kimi böyük əhəmiyyət kəsb edə bilər.
Sumaq
Xalq təbabətində sumaq yarpaqlarından və meyvə-
lərindən çay dəmləyib qarın ağrısında, ishala və dizinteri-
yaya qarşı işlədirlər. Meyvəsindən ədviyyat kimi ən qədim
zamanlardan hazırki, dövrə qədər müxtəlif xörəklərin – ət,
piti, tikəkabab, lüləkabab, qutab və s. tərkibinə qatqı kimi
əlavə edilir. Meyvəsinin qabığı kəskin tamlı ədviyyat kimi
kulinariyada geniş istifadə olunur. Sumaqdan hazırlanan
ədviyyat iştahartırıcı, həzmyaxşılaşdırıcı xüsusiyyətlərə
malikdir.
Sumaq qan təzyiqi yuxarı olanlara dərmandır. 15-20
gün ərzində hər gün bir stəkan qaynadılmış suya bir xörək
qaşığı sumaq töküb, axşamdan səhərə qədər ağzı qapalı sax-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com