Nübar Həkimova ___________________________________
282
sovlarını qurutmazdan əvvəl onları qaynadırlar.
Xalq təbabətində sarıkökdən qankəsici, ağrı sakitləşdi-
rici, maddələr mübadiləsini tənzimləyən, yorğunluğu aradan
qaldıran, ödqovucu və s. xəstəliklərin müalicəsində istifadə
olunur.
Hazırda dünyanın 20-dən çox ölkəsində sarıkökdən
müxtəlif növ dərman preparatları hazırlanır.
Zəfəran
Zəfərandan hələ qədim zamanlardan başlanmış XX
əsrin əvvəllərinə kimi yun, ipək məmulatlarının boyadılma-
sında geniş istifadə olunmuşdur.
Hələ qədim zamanlarda el arasında zəfərandan dərman
kimi də istifadə edilirdi. İndi də təbabətdə müalicə məqsədi
kimi tətdiq olunur. Belə ki, əsəb sakitləşdirmədə, qıcolmada,
ağrıkəsmədə, ürək ağrılarında, himeopatiyada, göy öskü-
rəkdə, mədə və göz xəstəliklərində və s.-də işlədilir.
Zəfərandan hazırlanan çay ətirli olmaqla bərabər, böy-
rək və sidik kisəsi ağrılarına müsbət təsir edir. Bunun üçün
3-5 ədəd zəfəran əzilib toz halına salınır və 50-60 dərəcə
istilikdə 3-5 dəqiqə dəmlənir.
Zəfəranın dişicik tellərinin tərkibində 11,5-11,7% su,
5,85-6,21% kül, 0,4-,3% efir yağı, 3,5% boyayıcı maddələr –
krosin, pikrokrosin (o cümlədən 1,5% karotinoidler), 9,8-
10,94% azotlu maddə, 16,86-21,9% şəkər, 8,9% sellüloz və
5,1-5,3 mq % B2 vitamini və s. vardır.
Azərbaycan zəfəranı öz keyfiyyətinə görə ölkədə, eləcə
də bir sıra xarici ölkələrdə şöhrət qazanmışdır. Hazırda
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|