278
karen, x-tepninol və s. təşkil edir. Badyandan alınan efir
yağının iy və tərkib xüsusiyyətləri cirə yağına yaxın oldu-
ğundan çox vaxt əczaçılıq sənayesində əvəzedici kimi iş-
lədilir. Bunun toxumundan alman efir yağının tamı azca
turşməzədir. Yağından yeyinti, əczaçılıq, ətriyyat, kosme-
tika, sabunbişirmə və s. sənayelərdə geniş istifadə edilir.
Badyan ədviyyə kimi xəmir məhsullarının tərkibinə
əlavə edilərək qoğal, peçenye, çörək-bulka və s. bişirilir.
Müxtəlif meyvə, giləmeyvə və tərəvəzlərdən hazırlanan şirə-
lərin, sərinləşdirici içkilərin tamının yaxşılaşdırılmasında
geniş istifadə edilir. Müxtəlif ət, balıq və tərəvəzdən hazır-
lanan xörəklərin tamının xoş ətirli olması üçün əlavə qatqı
kimi də işlədilir.
Qara istiot
Qara istiot mixək və muskat qozu kimi qədim ədviyyat
bitkisi sayılır.
Qara istiotun ətirli iyi və kəskin büzüşdürücü dadı var-
dır. Onun xoş ətir verməsinə səbəb tərkibində 0,9-2,5%-ə
qədər efir yağının, kəskin büzüşdürücü xassəsi isə tərkibində
5-9%-ə qədər piperin alkoqoloidinin olmasıdır. Bundan
başqa, onun tərkibində 1-2% kitrə, 6-12% yağ və çoxlu
nişasta vardır.
İstiot ən çox yeyinti sənayesində işlədilir. Ət və tərəvəz
məhsullarından hazırlanan müxtəlif xörək növlərinə və
kolbasalara xoş ətir, tam vermək üçün ədviyyat qatqısı kimi
istifadə olunur. Qara istiot iştahanı artırır və həzmi yaxşılaş-
dırır.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com